Eksternat qaydasında imtahanların keçirilməsi barəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri

Ümumi təhsilin hər hansı səviyyəsini vaхtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün eksternat qaydasında imtahanların keçirilməsini təmin etmək məqsədilə, “Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında Əsasnamə”nin 15.6-cı bəndini rəhbər tutaraq

 

                                               

ƏMR EDİRƏM:

 

1. Eksternat qaydasında imtahan 17.01.2020-ci il tarixdə Bakı şəhəri 175 nömrəli tam orta məktəbdə keçirilsin.

2. 175 nömrəli tam orta məktəbin direktoru Tural Mirzəliyev imtahanların təşkili üçün zəruri təşkilati tədbirlərin yerinə yetirilməsini təmin etsin.

3. İmtahanların keçirilməsi, sualların fənn proqramlarına uyğun şəkildə hazırlanması və obyektiv yoxlanılması məqsədilə komissiya yaradılsın və tərkibi təsdiq edilsin (əlavə 1).

4. Qiymətləndirmə şkalası təsdiq edilsin (əlavə 2).

5. Ümumi təhsil sektoru (F.Babayev) imtahan nəticələrinə dair məlumatların Təhsil Nazirliyinə göndərilməsini təmin etsin.

6. Maliyyə və mühasibatlıq sektoru (E.Mehdiyeva) bu əmrdən irəli gələn maliyyə məsələlərinin həll olunmasını təmin etsin.

7. İctimaiyyətlə əlaqələr sektoru (B.Məmmədov) əmrin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəsmi internet saytında yerləşdirilməsini təmin etsin.

8. Ümumi sektor (S.Rəsulova) əmrin surətinin çoxaldılaraq aidiyyəti üzrə göndərilməsini təmin etsin.

9. Əmrin icrasına nəzarət müdir müavini İlhamə Abdullayevaya həvalə edilsin.

Əsas: Azərbaycan Respublikası Təhsil Nazirliyinin 01 may 2015-ci il tarixli 537 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrinin vaxtından əvvəl bitirilməsi  Qaydaları”.

   

Rəşad Tağıyev,

Bakı  Şəhəri  üzrə Təhsil İdarəsinin müdiri 

16 yanvar 2020-ci il

                                                                                        № F-18


 

2019-2020-ci tədris ili üçün ümumi təhsil proqramı üzrə eksternat qaydasında  keçiriləçək imtahanların qiymətləndirmə şkalası