“Lütfi Zadə adına Məktəblilərarası V Məntiq Olimpiadası”nın təşkili və keçirilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri

Şagirdlərin məntiqi təfəkkür vərdişlərinin, düşüncə tərzi, diqqət, qavrama və nitq kimi vacib bacarıqlarının inkişafına əlverişli şərait yaratmaq, məntiqi biliklərinin artırılmasına təkan vermək təhsilin müasir məzmunu baxımından son dərəcə mühüm əhəmiyyət kəsb edir.

Ümumi təhsil müəssisələrinin V-VI sinif şagirdlərinin müxtəlif müsabiqə və bilik yarışlarına cəlbi səviyyəsini daha da yaxşılaşdırmaq, bu yaş qrupuna daxil olan şagirdlərin beynəlxalq və ölkədaxili olimpiada, müsabiqə, yarışlarda iştirak təcrübəsini artırmaq, istedadlı və elmə marağı olan şagirdləri vaxtında üzə çıxarmaq, onların meyil və bacarıqlarının daha da inkişaf etdirilməsi istiqamətində müvafiq iş aparılmasına zəmin yaradılmasını təmin etmək məqsədilə “Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında” Əsasnamənin 15.6-cı bəndini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1.Bakı şəhəri ümumi təhsil müəssisələrinin V-VI sinif şagirdləri arasında  2020-ci ilin fevral (məktəb mərhələsi) və aprel (final mərhələsi) aylarında “Lütfi Zadə adına Məktəblilərarası V Məntiq Olimpiadası” keçirilsin.

2. Olimpiadanın keçirilmə qaydaları, təşkilat komitəsinin tərkibi təsdiq edilsin (əlavə olunur).

3. Təhsil müəssisələrinin rəhbərləri olimpiadanın keçirilmə qaydalarının tələblərinə uyğun olaraq olimpiadanın yerlərdə təşkili ilə əlaqədar lazımi işlər görsünlər.

4. İnkişaf layihələri sektoru (A.Tairquliyeva-Nağıyeva) və Ümumi təhsil sektoru (F.Babayev) olimpiadanın yüksək səviyyədə keçirilməsini təmin etsinlər.

5. Təminat və təchizat sektoru (Ş.İsgəndərov) layihənin  icrasından irəli gələn təchizat məsələlərini həll etsin.

6. Maliyyə və mühasibatlıq sektoru (E.Mehdiyeva) layihənin icrasından irəli gələn maliyyə məsələlərini həll etsin.

7. İctimaiyyətlə əlaqələr sektoru (B.Məmmədov) əmrin və əmrin icrası ilə əlaqədar keçirilən tədbirlərin kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmasını, İdarənin internet saytında yerləşdirilməsini təmin etsin.

8. Ümumi sektor (S.Rəsulova) əmrin əlavələrlə birlikdə çoxaldılıb yerlərə çatdırılmasını təmin etsin.

9. Əmrin icrasına nəzarət müdir müavini Hüseyn Əsgərova həvalə olunsun.

 

Əsas: Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2020-ci il üçün Fəaliyyət planı

 

Rəşad Tağıyev,

Bakı  Şəhəri  üzrə Təhsil İdarəsinin müdiri 

30 yanvar 2020-ci il

                                                                                        № F-35

 


 

“Lütfi Zadə adına Məktəblilərarası V Məntiq Olimpiadası”nın 2019-2020-ci tədris ili üçün keçirilmə Qaydaları