“Könüllülükdən peşəkarlığa” layihəsinin həyata  keçirilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2020-ci ilin “Könüllülər ili” elan edilməsi ilə əlaqədar tələbə və məzun gənclərə öz bilik və bacarıqlarını artırmaq, təhsil sahəsində təcrübə toplamaq, kollektivlə işləmək bacarıqlarına yiyələnmək, uğurlu karyera qurmaq imkanı yaratmaq, onların elmi fəaliyyət və keyfiyyət göstəricilərini yüksəltmək, gənclərin peşəkar kimi formalaşmasına dəstək vermək məqsədilə “Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında” Əsasnamənin  15.6-cı bəndini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1. “Könüllülükdən peşəkarlığa” layihəsi Bakı Şəhəri üzrə Təhsil İdarəsində və təhsil müəssisələrində  2020-ci ilin fevral-iyun  aylarında həyata  keçirilsin.

2. Layihənin  əsasnaməsi,  təşkilat komitəsinin tərkibi təsdiq edilsin (əlavə olunur).

3. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin struktur bölmə rəhbərləri və təhsil müəssisələrinin direktorları təqdim olunan əsasnaməyə uyğun olaraq gənclərin layihədə yüksək səviyyədə iştirakına şərait yaratsınlar.

4. İnkişaf layihələri sektoru (A.Tairquliyeva-Nağıyeva)  layihənin  yüksək  səviyyədə həyata  keçirilməsini təmin etsin.

5. Maliyyə və mühasibatlıq sektoru (E.Mehdiyeva) layihənin həyata keçirilməsi ilə bağlı maliyyə məsələlərini həll etsin.

6. Təminat və təchizat sektoru (Ş.İsgəndərov) əmrin icrasından irəli gələn təchizat məsələlərinin  həll olunmasını  təmin  etsin.

7. İctimaiyyətlə əlaqələr sektoru (B.Məmmədov) əmrin İdarənin internet saytında  yerləşdirilməsini və  layihənin kütləvi  informasiya vasitələri tərəfindən işıqlandırılmasını təmin etsin.

8. Ümumi sektor (S.Rəsulova) əmrin əlavələrlə birlikdə çoxaldılıb yerlərə çatdırılmasını təmin etsin.

9. Əmrin icrasına nəzarəti  öz üzərimdə saxlayıram.

Əsas: Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2020-ci il  üçün Fəaliyyət planı.

 

 

Rəşad Tağıyev,

Bakı  Şəhəri  üzrə Təhsil İdarəsinin müdiri 

21 fevral 2020-ci il

                                                                                        № F-74


 

“Könüllülükdən peşəkarlığa” layihəsinin həyata keçirilməsi barədə Əsasnamə