“Sevimli nəğmələr” uşaq mahnı müsabiqəsinin keçirilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri

“Sevimli nəğmələr” uşaq mahnı müsabiqəsinin keçirilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri

 

Ümumi təhsil müəssisələrinin şagirdləri arasında ifa mədəniyyətini yüksəltmək, xüsusi istedada malik uşaqları üzə çıxarmaq, onları ictimaiyyətə tanıtmaq, mənəvi sərvətimiz olan uşaq mahnılarının məktəblilər  tərəfindən dinlənilməsi  və  öyrənilməsinə dəstək  vermək, Azərbaycan  uşaq  mahnılarının öyrədilməsi istiqamətində aparılan işləri daha da inkişaf etdirmək, xor kollektivlərinin fəaliyyətinə stimul  vermək məqsədilə “Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında” Əsasnamənin  15.6-cı bəndini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1. Ümumi təhsil  müəssisələrinin  şagirdləri  arasında “Sevimli nəğmələr” uşaq mahnı  müsabiqəsi  məktəb  və şəhər üzrə olmaqla iki mərhələdə təşkil edilsin  və  2020-ci ilin fevral-mart aylarında  keçirilsin.

2. Müsabiqənin  əsasnaməsi,  təşkilat komitəsinin tərkibi təsdiq edilsin (əlavə olunur).

3. Ümumi təhsil müəssisələrinin direktorları təqdim olunan əsasnaməyə uyğun olaraq məktəblilərin  müsabiqədə iştirakını təmin etsinlər.

4. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektoruna (A.Tairquliyeva-Nağıyeva) tapşırılsın:

4.1. “Sevimli nəğmələr” uşaq mahnı müsabiqəsinin keçirilməsi ilə bağlı ümumi təhsil müəssisələrini   təlimatlandırsın;  

4.2. Müsabiqəyə hazırlıqla bağlı məsələlərin həllində ümumi təhsil müəssisələrinə köməklik göstərilməsini təmin etsin;

4.3. Ümumi təhsil müəssisələrinin  müsabiqədə  yüksək səviyyədə iştirakını təmin etsin.

5. Maliyyə və mühasibatlıq sektoru (E.Mehdiyeva) müsabiqə ilə bağlı maliyyə məsələlərini həll etsin.

6. Təminat və təchizat sektoru (Ş.İsgəndərov) əmrin icrasından irəli gələn təchizat məsələlərinin  həll olunmasını  təmin  etsin.

7. İctimaiyyətlə əlaqələr sektoru (B.Məmmədov) əmrin İdarənin internet saytında  yerləşdirilməsini və  müsabiqənin  kütləvi  informasiya vasitələri tərəfindən işıqlandırılmasını təmin etsin.

8. Ümumi sektor (S.Rəsulova) əmrin əlavələrlə birlikdə çoxaldılıb yerlərə çatdırılmasını təmin etsin.

9. Əmrin icrasına nəzarət müdir müavini  H.Əsgərova  həvalə edilsin.

 

Əsas: Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2020-ci il  üçün Fəaliyyət planı.

 

 

Rəşad Tağıyev,

Bakı  Şəhəri  üzrə Təhsil İdarəsinin müdiri 

20 fevral 2020-ci il

                                                                                        № F-72


“Sevimli nəğmələr”  uşaq  mahnı  müsabiqəsinin keçirilməsi barədə Əsasnamə