12.10.2017

 “Ən yaxşı məktəb saytı” müsabiqəsi 

Paytaxt məktəbləri arasında “Ən yaxşı məktəb saytı” müsabiqəsi keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) müdirinin əmrinə əsasən keçirilən “Ən yaxşı məktəb saytı” müsabiqəsi İdarənin tabeliyindəki ümumi təhsil müəssisələrini əhatə edib.

Müsabiqə məktəb saytlarının fəaliyyətinin səmərəliliyinin artırılması, bu sahədə təcrübə mübadiləsinin genişləndirilməsi və təhsil müəssisələrinin həyatındakı yeniliklərin ictimaiyyətə daha operativ çatdırılması məqsədlərinə xidmət edib.

Müsabiqə çərçivəsində məktəb saytlarında yerləşdirilən xəbərlərin, eləcə də məktəbə aid digər məlumatların yenilənməsi və dolğunluğu mütəmadi olaraq izlənilib.

Qalib məktəb internet informasiya resurslarının fəaliyyətinə dair tələblərə uyğun olaraq ümumi təhsil müəssisələrinin saytlarının məz­mun baxımından müvafiq meyarlara cavab verməsi, məktəblərin fə­a­liyyə­tinin geniş ictimaiyyətə operativ çatdırılması, əldə olunan uğurlar və qarşıda duran vəzifələr haqqında dolğun informasiyaların verilməsi, saytlarda xəbərlərin mütəmadi yerləşdirilməsi və yenilənməsi, yerləşdirilən xəbərlərin səlisliyi və dolğunluğu kimi meyarlara əsasən müəyyən olunub. 

Qaliblər paytaxtın hər rayonu üzrə 1 məktəb olmaqla tədris ili ərzində 1 dəfə Münsiflər heyəti tərəfindən seçilib.

Müsabiqə qalibləri BŞTİ tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıb.


“Ən yaxşı məktəb saytı” müsabiqəsinin keçirilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri

 


Açar sözlər: ,    
/ 2
Image not found: https://baku.edu.gov.az/upload/content_gallery/002-12.10.2017-1.jpg