02.03.2018

Kotirovka sorğusunun nəticələrinə dair bildiriş

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən bir sıra təhsil müəssisələrinə içməli suların və yaranan çirkab suların nəqliyyat vasitəsi ilə daşınması xidmətlərinin satın alınması ilə əlaqədar keçirilmiş kotirovka sorğusunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilib.

Kotirovka sorğusunun nəticələri haqqında tender komissiyasının yekun protokoluna əsasən, “Məmmədoğulları” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib və həmin təşkilatla 28 fevral 2018-ci il tarixdə satınalma müqaviləsi bağlanıb.