01.02.2022

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqə elan edilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən tabeliyindəki ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqə elan edilir.

BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində psixoloq vəzifəsi üzrə işə qəbul olmaq istəyən şəxslər 01-14 fevral 2022-ci il tarixlərində keçid vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş şəxslər elektron ərizədəki məlumatların uyğunluğu yoxlanıldıqdan sonra müsabiqənin növbəti (test imtahanı) mərhələsinə dəvət ediləcəklər.

 

 

Əlaqə üçün:

BŞTİ-nin Çağrı Mərkəzi (146-1)