11.08.2022

Direktor müavini vəzifəsinə işə qəbul

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən tabeliyindəki ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsabiqə elan edilir.

Qeyd edilən vəzifələr üzrə işə qəbul olmaq istəyən şəxslər 11-22 avqust 2022-ci il tarixlərində anket.edu.az portalı vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş şəxslər elektron ərizədəki məlumatlarının uyğunluğu yoxlanıldıqdan sonra müsabiqənin test imtahanı mərhələsinə dəvət ediləcəklər.

 

Əlaqə üçün:

BŞTİ-nin Çağrı Mərkəzi (146-1)