16.09.2022

Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsinə işə qəbul

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən tabeliyindəki ümumi təhsil müəssisələrində Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsinə  işə qəbul üzrə müsabiqə elan edilir.

Qeyd edilən vəzifə üzrə işə qəbul olmaq istəyən şəxslər 17-27 sentyabr 2022-ci il tarixlərində anket.edu.az portalı vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş şəxslər elektron ərizədəki məlumatlarının uyğunluğu yoxlanıldıqdan sonra müsabiqənin test imtahanı mərhələsinə dəvət ediləcəklər.

 

Əlaqə: BŞTİ-nin Çağrı Mərkəzi (146-1)