26.09.2022

Bakı Şəhəri üzrə Təhsil İdarəsi Könüllülük Proqramı elan edir

Bakı Şəhəri üzrə Təhsil İdarəsi VII Könüllülük Proqramına qatılmaq arzusunda olan gəncləri əməkdaşlığa dəvət edir.

Könüllü kimi fəaliyyət göstərmək istəyən gənclər BŞTİ-nin struktur bölmələrində 3 ay səmərəli təcrübə keçmək imkanı qazanacaqlar.

İntizamlı, xoşrəftar, kollektivdə çalışmaq istəyi olan, kompüterdə işləməyi bacaran, ali təhsilli və ya təhsil müəssisələrinin son kursunda oxuyan gənclər könüllü kimi fəaliyyət göstərmək üçün müraciət edə bilərlər.

VII Könüllülük Proqramına qatılmaq istəyən gənclərdən şəxsi məlumatlarını (CV) 26 sentyabr - 5 oktyabr 2022-ci il tarixlərində konullu@baku.edu.gov.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.

 

Aşağıdakı sektorlara uyğun ixtisaslar üzrə müraciət etməyiniz xahiş olunur:

  • Ümumi təhsil sektoru
  • İnsan resursları sektoru
  • İnformasiya təminatı sektoru
  • İnkişaf layihələri sektoru
  • Maliyyə və mühasibatlıq sektoru; xidmət bölmələri
  • Keyfiyyətə nəzarət sektoru
  • İctimaiyyətlə əlaqələr sektoru
  • Hüquq sektoru
  • Təminat və təchizat sektoru
  • Ümumi sektor
  • Təlimə Dəstək Mərkəzi

 

         Qeyd edək ki, 3 ay müddətində könüllü kimi uğurla fəaliyyət göstərən gənclərə BŞTİ tərəfindən arayış veriləcək.

 

Çağrı Mərkəzi: 146-1 (daxili:6114)