07.12.2023

Psixoloji-tibbi-pedaqoji komissiyaların yeni tərkibinin formalaşdırılması ilə bağlı müsabiqə elanı

Məktəbəqədər və ümumi təhsil müəssisələrində çalışan loqoped, psixoloq və xüsusi təhsil sahəsində təcrübəsi olan müəllimlərin nəzərinə:

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi psixoloji-tibbi-pedaqoji komissiyaların yeni tərkibinin formalaşdırılması ilə bağlı sağlamlıq imkanları məhdud uşaqların diaqnostikasını aparmaq, bunun əsasında onların xüsusi təhsilə cəlb olunması barədə qərar qəbul etmək, valideynlərə və ya digər qanuni nümayəndələrə müvafiq məsləhətlər vermək istəyən şəxslər üçün müsabiqə elan edir.

 

Namizədlər üçün tələblər:

- pedaqoji ixtisas üzrə ali təhsil;

- 5 ildən az olmayaraq pedaqoji staj;

- hazırda təhsil müəssisəsində pedaqoji fəaliyyət göstərməsi.

 

Müsabiqədə iştirak üçün tələb olunan sənədlər:

- şəxsiyyəti təsdiq edən sənədin surəti;

- ali təhsil haqqında sənədin və əlavəsinin surəti.

- xüsusi təhsil sahəsində əlavə təhsil, iştirak etdiyi təlimlər, seminarlarda iştirakını təsdiq edən sənədlərin surəti;

- əmək kitabçasının təsdiqlənmiş surəti.

 

Namizədlərdən tələb olunan sənədləri PDF formatında 15 dekabr 2023-cü il tarixindən 15 yanvar 2024-cü il tarixinədək ptpk@baku.edu.gov.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Təqdim olunmuş sənədlərə əsasən namizədlərin tələblərə uyğunluğu yoxlanıldıqdan sonra, onlar müvafiq olaraq test mərhələsinə dəvət olunacaqlar. Test imtahan nəticəsi məqbul hesab edilən namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanacaqlar.