08.12.2023

BŞTİ-nin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinə təsərrüfat işləri üzrə direktor müavini/təsərrüfat müdiri, təlim-tərbiyə işləri üzrə direktor müavini, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələri üzrə təşkil ediləcək müsahibələr haqqında elan

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində müvafiq olaraq vakant və sosial məzuniyyət yeri olan təsərrüfat işləri üzrə direktor müavini/təsərrüfat müdiri, təlim-tərbiyə işləri üzrə direktor müavini, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələri üzrə işə qəbulun müsahibə mərhələsinə start verilir.

17, 18 və 20 noyabr 2023-cü il tarixlərdə müsabiqədə iştirak edərək tələb olunan bal həddini toplamış şəxslər topladıqları bal sıralamasına əsasən 2023-cü il 14 dekabrdan etibarən Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müsahibələrə dəvət olunacaqlar.

 

Müsahibənin təşkili barədə əsas qeydlər:

 

  • Müsahibənin vaxtı haqqında məlumat namizədə əlaqə telefonu vasitəsilə veriləcək;
  • Dəvət olunacaq namizəd müsahibədən uğurla keçmədikdə, müraciət edənlər arasından bal sıralamasına uyğun növbəti namizəd dəvət ediləcək;
  • Sosial məzuniyyət yerinə təyin olunan namizədlər gələcəkdə vakant olan yerlərə müraciət edə bilər;
  • Müsahibələr vəzifələr üzrə bütün vakant yerlər tutulana qədər davam etdiriləcək;
  • Tələb olunan bal həddini toplamış, lakin vəzifə üzrə vakant yerlərin tutulması səbəbindən müsahibə növbəsi çatmayan namizədlər ehtiyat kadr bazasına yerləşdiriləcək;
  • Namizədin topladığı bal (nəticəsi) 1 il müddətində etibarlıdır.