Ümumi təhsil müəssisələrində çalışan psixoloqların nəzərinə:
Bakı Şəhəri üzrə Təhsil İdarəsi psixoloji-tibbi-pedaqoji komissiyaların yeni tərkibinin formalaşdırılması ilə bağlı sağlamlıq imkanları məhdud uşaqların psixodiaqnostikasını aparmaq, bunun əsasında onların xüsusi təhsilə cəlb olunması barədə qərar qəbul etmək, valideynlərə və ya digər qanuni nümayəndələrə müvafiq məsləhətlər vermək istəyən psixoloqlar üçün müsabiqə elan edir.
Namizədlər üçün tələblər:
- ixtisas üzrə ali təhsil;
- hazırda təhsil müəssisəsində fəaliyyət göstərməsi.
Müsabiqədə iştirak üçün tələb olunan sənədlər:
- şəxsiyyəti təsdiq edən sənədin surəti;
- ali təhsil haqqında sənədin və əlavəsinin surəti;
- əmək kitabçasının surəti.
Qeyd: Xüsusi təhsil sahəsində əlavə təhsili, iştirak etdiyi təlim və seminarlarda iştirakını təsdiq edən sənədləri (surəti) təqdim edən şəxslərə üstünlük verilir.
Namizədlərdən tələb olunan sənədləri PDF formatında 29 mart 2024-cü il tarixindən 06 aprel 2024-cü il tarixinədək ptpk@baku.edu.gov.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Təqdim olunmuş sənədlərə əsasən namizədlərin tələblərə uyğunluğu yoxlanıldıqdan sonra, onlar müvafiq olaraq test mərhələsinə dəvət olunacaqlar. Test imtahan nəticəsi məqbul hesab edilən namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanacaqlar.