Namizədə olan tələblər
Məktəbəqədər təhsil müəssisələrində musiqi rəhbəri proqrama uyğun olaraq uşaqların musiqi tərbiyəsini həyata keçirir. Uşaqlarda musiqiyə maraq və məhəbbət hissinin yaranmasına, inkişafına, musiqi qabiliyyətinin formalaşdırılmasına xidmət edir. Musiqi məşğələləri, ədəbi-musiqili tədbirlər, bayramlar təşkil edir, müxtəlif növ əyləncələrin hazırlanmasında iştirak edir, uşaqlara musiqi alətində çalmağı öyrədir və onları bir orkestrdə birləşdirir. Musiqi fəaliyyətinin müxtəlif növləri üzrə uşaqlarla müntəzəm olaraq fərdi iş aparır. Musiqi qabiliyyətinə malik istedadlı uşaqları aşkara çıxarır və onların inkişafına hərtərəfli təsir göstərir.
Musiqi rəhbəri bunları bilməlidir
“Təhsil haqqında” və “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarını; məktəbəqədər pedaqogikanı, uşaq psixologiyasını, yaş fiziologiyasını, sanitariya və gigiyenanı; musiqi tərbiyəsi nəzəriyyəsi və metodikasını; uşaqlar üçün klassik və müasir musiqi repertuarını, onların tərbiyə və təlim proqramlarını; musiqi alətində peşəkar ifa texnikasını; informasiya-kommunikasiya texnologiyalarından istifadə tələblərini; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.
|
Mütləq |
Arzu olunan |
Təhsil: |
Müvafiq ixtisas üzrə orta və ya ali ixtisas təhsili |
|
İxtisası üzrə: |
|
|
Sistem üzrə: |
|
|
İKT səriştələri: |
|
Sərbəst çalışma səriştələri:
|
Sosial–emosional səriştələr |
|
|
İş şəraiti
Gözləntilər
Tabelilik
1.Qeydiyyat mərhələsi:
Bu mərhələdə müvafiq ixtisası olan şəxslər (link) linkdə tələb olunan məlumatları doldurmalıdırlar. Müraciət edən namizədlərin məlumatları yoxlandıqdan sonra növbəti müsahibə mərhələsində iştirak etmək üçün SMS şəklində dəvət məlumatı göndəriləcək.
2.Müsahibə mərhələsi:
Müsahibəyə gəldikdə hər bir namizəd şəxsiyyəti təsdiq edən sənədi, ali və ya orta ixtisas təhsili haqqında sənədi və əmək stajı olduğu təqdirdə əmək kitabçasını və ya onun surətini gətirməlidir. Müsahibə mərhələsində namizədə 15 - 20 dəqiqə ərzində ixtisası, uşaq psixologiyası və pedaqogika, təhsil qanunvericiliyi üzrə açıq və praktik suallar veriləcək. Müsahibə zamanı namizədin musiqi alətində ifa etmək bacarığı yoxlanılacaq. Qiymətləndirmə 5 ballıq şkala üzrə aparılacaq. Namizəd minimum keçid balı olan 3 bal toplamalıdır. 3 və daha çox bal toplayan namizədə müsahibəni uğurla keçməsinə dair SMS göndəriləcək.
3.Vakant yer üzrə yerləşdirmə mərhələsi:
Müsahibəni uğurla keçən namizədlər müsahibənin nəticələrinə görə müvafiq vakant yerlərə yerləşdiriləcəklər. Bu mərhələdə müsahibədə toplanan bal ardıcıllığına uyğun olaraq ən yüksək bal toplayan namizəddən başlayaraq vakant yerlər üzrə yerləşdirmə həyata keçiriləcək. Müsahibədə eyni balı toplamış 2 və daha çox namizəd eyni vakant yerə müraciət edərsə aşağıdakı prioritetlilik üzrə yerləşdirmə aparılır:
1. Şəhid ailəsi üzvü;
2. Həyat yoldaşının və ya özünün Vətən Müharibəsi iştirakçısı olması;
3. Təhsil səviyyəsi;
4. Pedaqoji stajın çoxluğu.
Müsahibə mərhələsində uğur qazanan, lakin yerləşdirilməyən şəxslər ehtiyat kadr bazasına daxil ediləcəklər. Ehtiyat kadrlar bazasına daxil olan şəxslərin vakant vəzifəyə yerləşdirilməsi növbəti işə qəbul müsabiqəsi elan olunanadək və ya iki il ərzində həyata keçirilə bilər.
Qeydiyyat
Müsabiqədə iştirak etmək üçün qeydiyyat linki: https://docs.google.com/forms/d/e/1FAIpQLSeriV6-wetc-vP-ZXTdFDQ8WMciyYDnSdSxZdXsYcp8b3JPww/viewform?usp=sharing
Müsabiqədə iştirak edən namizədlərə uğurlar arzulayırıq!