18.03.2025

Çağırışaqədərki hazırlıq rəhbəri vəzifəsinə işə qəbul müsabiqəsinə dair elan

Ümumi məlumat

 

Çağırışaqədərki hazırlıq rəhbəri çağırışaqədərki hazırlıq üzrə tədris, fakültativ və sinifdənxaric məşğələlərin yüksək elmi-nəzəri və metodik səviyyədə planlaşdırılmasını və aparılmasını təşkil edir, dərsə davamiyyətin və mənimsəmənin hesabatını aparır. Təlim-tərbiyə işlərinin təkmilləşdirilməsinə dair təkliflər irəli sürür. Daha səmərəli forma, metod və vasitələri tətbiq edir. Təhsilalanların-gənclərin şəxsi keyfiyyətlərini və fərdi xüsusiyyətlərini öyrənir, onları hərbi xidmətə hazırlayır. Hərbi işlərin əsaslarının öyrənilməsi üzrə fəaliyyət göstərən bölmələrin işinə rəhbərlik edir, hərbi idman oyunlarının keçirilməsini təşkil edir. Fiziki tərbiyə müəllimi ilə birlikdə təhsilalanları atıcılıq, qumbaraatma və mülki-müdafiə üzrə normaları ödəməyə hazırlayır. Təlim-tərbiyə müəssisəsinin vətənpərvərlik üzrə apardıqları tədbirlərin planlaşdırılmasında iştirak edir. Çağırışaqədərki hazırlıq işlərinin tədris-maddi bazasının yaradılmasını və təkmilləşdirilməsini təmin edir. Silahların, digər əmlakın qorunması və təmirini təşkil edir. Silahla, hərbi texnika və döyüş sursatı ilə keçirilən məşğələlər zamanı təhlükəsizlik tədbirlərinin gözlənilməsini təmin edir. Hesabatlar tərtib edir, müəllimlərin etik davranış qaydalarına riayət edir.

 

Çağrışaqədərki hazırlıq rəhbəri bunları bilməlidir:

  • Gənclərin ibtidai hərbi hazırlıq Əsasnaməsi”ni (https://e-qanun.az/framework/3729)
  • “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununu (https://e-qanun.az/framework/18343);
  • “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununu (https://e-qanun.az/framework/3292);
  • “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununu (https://e-qanun.az/framework/23021);
  • Birləşmiş Millətlər Təşkilatının Uşaq hüquqları haqqında Konvensiyanı;
  • Çağırışaqədərki hazırlıq işlərinin təşkilini;
  • Vətənpərvərlik tərbiyəsi üzrə xidmətin və digər orqanların qərarlarını;
  • Silahların, cihazların, təlimin hərbi texnika vasitələrinin istifadəsini;
  •  Pedaqogika və psixologiya elminin əsaslarını;
  • Hesabat və tədrislə bağlı sənədlərin tərtibi normalarını
  • Silah və sursatların istifadəsi və saxlanılması tələblərini;
  • Təhsilalanların həyat və sağlamlığının qorunması şərtlərini; 
  • Əməyin mühafizəsi qaydalarını (https://e-qanun.az/framework/11166);
  • Sanitariya, gigiyena və təhlükəsizlik qaydalarını (https://e-qanun.az/framework/24095);
  • Yanğından mühafizənin norma və qaydalarını (https://e-qanun.az/framework/10933);
  • Müasir texnologiyalardan istifadə bacarıqlarını.

Namizədə olan tələblər:

 

Mütləq

Arzu olunan

Ali və ya orta ixtisas təhsili hərbi, ali mülki təhsilli, ehtiyatda (istefada) olan zabitlər

Hərbi sahədə iş təcrübəsi

İlkin hərbi hazırlıq üzrə biliklərə malik olmaq

Plana uyğun iş və hesabat hazırlama bacarığı

Fiziki hazırlıq və təhlükəsizlik qaydalarına dair biliklərə sahib olmaq

Word, Excel, PowerPoint, internet resurslarından istifadə bacarığı

Psixoloji dayanıqlılıq və nizam-intizam qaydalarını bilmək

Təlim və seminarların təşkili təcrübəsi

 

İş şəraiti:

  • Qanunvericiliklə müəyyən edilmiş iş rejimi;
  • Müəllim və əməkdaşlarla əməkdaşlıq mühiti;
  • Təhsil müəssisəsinin daxili qaydalarına riayət etmək.

Gözləntilər:

  • Şagirdlərin hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsi və ilkin hərbi biliklərinin artırılması;
  • Müxtəlif təlim və yarışların təşkili;
  • Dəqiqlik, məsuliyyət və nizam-intizamın təmin edilməsi.

Müsabiqə prosesi:

Müsabiqə dörd mərhələdən ibarətdir: qeydiyyat, test imtahanı, müsahibə və vakant yer üzrə yerləşdirmə.

  1. Qeydiyyat mərhələsi: Namizədlər (link) vasitəsilə qeydiyyatdan keçməlidirlər. Məlumatlar yoxlanıldıqdan sonra test imtahanına dəvət olunan namizədlərə SMS bildirişi göndəriləcək.
  2. Test mərhələsi: test mərhələsində namizədlərə 90 dəqiqə ərzində 40 sual təqdim ediləcək.
    • Vəzifə üzrə hər biri 2 bal olmaqla 20 sual
    • İKT səriştələri üzrə hər biri 1 bal olmaqla 10 sual
    • Məntiq üzrə hər biri 1 bal olmaqla 10 sual
    • Keçid balı: Minimum 35 bal
  3. Müsahibə mərhələsi: Müsahibə zamanı namizədə 15-20 dəqiqə ərzində ixtisas üzrə açıq və praktik suallar veriləcək.
  4. Vakant yer üzrə yerləşdirmə mərhələsi:
  • Müsabiqənin vakansiya seçimi mərhələsində əvvəlcə vakant yer seçmək imkanı şəhid ailəsi üzvlərinə veriləcək.
  • Yerləşdirmə zamanı namizədlər müsahibə nəticələrinə əsasən vakant yerlərə təyin ediləcəklər.

Eyni bal toplayan namizədlər üçün üstünlük meyarları:

  1. Müvafiq vəzifə üzrə təhsil (ali, orta ixtisas)
  2. Təhsil səviyyəsi (magistr, bakalavr, subbakalavr)
  3. Pedaqoji sahədə iş təcrübəsinin çoxluğu.

Uğurla keçib yerləşdirilməyən şəxslər ehtiyat kadr bazası siyahısına daxil ediləcəklər. Bu namizədlərin vakant vəzifəyə yerləşdirilməsi növbəti çağrışaqədərki hazırlq rəhbəri vəzifəsinə işə qəbul müsabiqəsinə qədər həyata keçirilə bilər, lakin bu müddət iki ildən artıq olmamalıdır.

 

Müsabiqədə iştirak edən namizədlərə uğurlar arzulayırıq!

Müsabiqədə iştirak etmək üçün qeydiyyat: https://docs.google.com/forms/d/e/1FAIpQLSftTLVw8aNiHHkKv-m0HJwdXsZ1AvKAevCwSmU-NGsoFbO4mQ/viewform?usp=header

 

Nəzərinizə çatdırılır ki, məlumatların düzgünlüyü ilə bağlı məsuliyyəti namizəd özü daşıyır. Məlumatlarda uyğunsuzluq olduğu təqdirdə müsabiqənin istənilən mərhələsində həmin namizəd üçün işə qəbul prosesi dayandırıla bilər. Xahiş olunur ki, məlumatları daxil edərkən diqqətli olasınız.