18.03.2025

Laborant vəzifəsinə işə qəbul müsabiqəsinə dair elan

Ümumi məlumat:

Laboratoriya avadanlığının, cihazlarının, informasiya-kommunikasiya texnologiyalarının, təlimin texniki vasitələrinin işlək halda olmasına çalışır, onların əldə edilməsi, zavod və emalatxanalarda təmiri üçün xüsusi sifariş hazırlayır, kimyəvi reaktivlərin düzgün saxlanması və istifadə olunmasını təmin edir. Avadanlıqları, cihazları, reaktivləri laboratoriya işlərində, dərslərdə və məşğələlərdə istifadə olunması üçün hazırlayır, həmin avadanlıqların müvafiq təlimatlara və digər texniki sənədlərə uyğunluğunu yoxlayır. Müəllimləri dərs məşğələsi üçün lazım olan materiallarla təmin edir (https://e-qanun.az/framework/37434).

 

Laborant bunları bilməlidir:

 

Namizədə olan tələblər:

Mütləq

Arzu olunan

Tam orta təhsil, orta ixtisas təhsili və ya ali təhsilin olması

Laboratoriya sahəsində təcrübə

Tədris avadanlıqlarından, təlimin texniki vasitələrindən, cihazlardan istifadə olunmasının mövcud standartlarını və texniki şərtlərinin bilməsi

Ümumtəhsil məktəblərində iş təcrübəsi

Müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə etmə bacarığı

Plana uyğun iş və hesabat hazırlama

Sanitar-gigiyena və yanğından mühafizə qaydalarının bilməsi

Word, Excel, Power Point, internet resurslarından istifadə

Kollektivdə işləmə bacarığı

 

 

İş şəraiti

  • Laborantlar üçün qanunvericiliklə müəyyən edilmiş iş rejimi;
  • Müəllim və şagirdlərlə əməkdaşlıq mühiti;
  • Müəssisənin daxili qaydalarına riayət etmək.

 

Gözləntilər

  • Ümumtəhsil müəssisəsinin rəhbərliyi və əməkdaşları ilə sıx əməkdaşlıq;
  • Laboratoriya və digər texniki avadanlıqların istifadəsində dəqiqlik və məsuliyyət;
  • Laborator işlərinin təşkili ilə bağlı yerli və beynəlxalq təcrübələri araşdırmaq.

Müsabiqə prosesi

Müsabiqə üç mərhələdən ibarətdir: qeydiyyat, müsahibə və vakant yer üzrə yerləşdirmə.

1. Qeydiyyat mərhələsi:

Namizədlər (link) vasitəsilə qeydiyyatdan keçməlidirlər. Məlumatlar yoxlanıldıqdan sonra müsahibə mərhələsinə dəvət olunan namizədlərə SMS bildirişi göndəriləcək.

2. Müsahibə mərhələsi:

 Müsahibə zamanı namizədə 20-30 dəqiqə ərzində ixtisas, qanunvericilik, informatika üzrə açıq və praktik suallar veriləcək.

3. Vakant yer üzrə yerləşdirmə mərhələsi:

  • Müsabiqənin vakansiya seçimi mərhələsində əvvəlcə vakant yer seçmək imkanı laborantların işə qəbulu üzrə müsahibədə minimum tələbi ödəyən şəhid ailəsi üzvlərinə veriləcək.
  • Yerləşdirmə zamanı müsahibəni uğurla keçən namizədlər müsahibə nəticələrinə görə müvafiq vakant yerlərə yerləşdiriləcəklər.
  • Eyni bal toplayan namizədlər üçün aşağıdakı meyarlara əsasən prioritet veriləcək:
  1. Müvafiq vəzifə üzrə təhsil(ali, orta ixtisas)
  2. Təhsil səviyyəsi(magistr, bakalavr, subbakalavr)
  3. Pedaqoji və laboratoriya sahəsində stajın çoxluğu.

 

Uğurla keçib yerləşdirilməyən şəxslər isə ehtiyat kadr bazası siyahısına daxil ediləcəklər. Ehtiyat kadrlar bazasına daxil olan şəxslərin vakant vəzifəyə yerləşdirilməsi növbəti laborant vəzifəsinə işə qəbul müsabiqəsinin elan olunmasına qədər keçirilə bilər, lakin iki ildən artıq müddəti nəzərdə tutulmur.

Müsabiqədə iştirak edən namizədlərə uğurlar arzulayırıq!

 

Müsabiqədə iştirak etmək üçün qeydiyyat: https://docs.google.com/forms/d/e/1FAIpQLScw8-nsCnDD8s4jw1XlW0RxHMwoIf_kXAXNmLGDtIHVA2hCyA/viewform?usp=header

Nəzərinizə çatdırılır ki, məlumatların düzgünlüyü ilə bağlı məsuliyyəti namizəd özü daşıyır. Məlumatlarda uyğunsuzluq olduğu təqdirdə müsabiqənin istənilən mərhələsində həmin namizəd üçün işə qəbul prosesi dayandırıla bilər. Xahiş olunur ki, məlumatları daxil edərkən diqqətli olasınız.