Ümumi məlumat:
Müəssisənin təsərrüfat-xidməti işlərinə rəhbərlik edir. Təsərrüfat avadanlığının qorunması, onların bərpa olunması və yeniləri ilə əvəz olunması və eləcə də xidmət sahələrində və onların yanında yerləşən ərazidə təmizliyə riayət olunmasını təmin edir. Otaqların vəziyyətinə nəzarət edir və vaxtında təmir işlərinin aparılması üçün tədbirlər görür. İşçiləri dəftərxana ləvazimatı, təsərrüfatda işlədilən əşya və inventarlarla təmin edir. Kiçik xidmət heyətinin işinə rəhbərlik edir.
Təsərrüfat müdiri bunları bilməlidir:
Namizədə olan tələblər:
Mütləq |
Arzu olunan |
---|---|
Tam orta təhsil, orta ixtisas təhsili və ya ali təhsilin olması |
Təsərrüfat sahəsində iş təcrübəsi |
Təsərrüfat xidmətləri işinin yerinə yetirilməsinin təşkili |
Plana uyğun iş və hesabat hazırlama bacarığı |
Müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə etmə bacarığı |
Word, Excel, Power Point, internet resurslarından istifadə bacarığı |
Sanitar-gigiyena və yanğından mühafizə qaydalarını bilməsi |
|
İş avadanlığının istismar qaydalarını bilməsi |
|
İş şəraiti:
Gözləntilər:
Müsabiqə Prosesi: Müsabiqə dörd mərhələdən ibarətdir: qeydiyyat, test imtahanı, müsahibə və vakant yer üzrə yerləşdirmə.
Uğurla keçib yerləşdirilməyən şəxslər isə ehtiyat kadr bazası siyahısına daxil ediləcəklər. Ehtiyat kadrlar bazasına daxil olan şəxslərin vakant vəzifəyə yerləşdirilməsi növbəti təsərrüfat müdiri vəzifəsinə işə qəbul müsabiqəsinin elan olunmasına qədər həyata keçirilə bilər, lakin iki ildən artıq müddəti nəzərdə tutulmur.
Müsabiqədə iştirak edən namizədlərə uğurlar arzulayırıq!
Müsabiqədə iştirak etmək üçün qeydiyyat: https://docs.google.com/forms/d/e/1FAIpQLSdRUcvlzF5YsRyuExKRHkxyYA8m24zoXiBMF1GWIf5tltvL4A/viewform?usp=header
Nəzərinizə çatdırılır ki, məlumatların düzgünlüyü ilə bağlı məsuliyyəti namizəd özü daşıyır. Məlumatlarda uyğunsuzluq olduğu təqdirdə müsabiqənin istənilən mərhələsində həmin namizəd üçün işə qəbul prosesi dayandırıla bilər. Xahiş olunur ki, məlumatları daxil edərkən diqqətli olasınız.