“Xocalısız  25  il” rəsm-sərgi müsabiqəsinin keçirilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdirinin əmri 

 

Xocalı soyqırımı qurbanlarını yad etmək, böyüməkdə olan nəslə Azərbaycan tarixi haqqında həqiqətləri  çatdırmaq,  doğma vətənə sevgi, məhəbbət hisslərini  aşılamaq, onlar arasında milli vətənpərvərlik ruhunu yüksəltmək və  istedadlı şagirdləri aşkara çıxarmaq məqsədilə

 

ƏMR EDİRƏM:

 

1. Xocalı faciəsinin  iyirmi beşinci ildönümü ilə əlaqədar Bakı şəhəri ümumtəhsil və məktəbdənkənar  təhsil müəssisələrinin  şagirdləri arasında  “Xocalısız 25 il” mövzusunda rəsm-sərgi müsabiqəsi  2017-ci ilin  fevral ayında  keçirilsin.

2. Müsabiqənin  Əsasnaməsi  və  Təşkilat Komitəsinin tərkibi təsdiq  edilsin (əlavə olunur).

3. Təhsil müəssisələrinin  rəhbərləri təqdim olunan Əsasnaməyə uyğun olaraq müsabiqənin yerlərdə təşkili ilə əlaqədar lazımi işləri  həyata keçirsinlər.

4. Məktəbdənkənar fəaliyyətin təşkili sektoru (A. Əzizov) müsabiqənin  yüksək səviyyədə keçirilməsini təmin etsin.

5. Ümumi sektor (S. Rəsulova) əmrin əlavələrlə birlikdə çoxaldılıb yerlərə çatdırılmasını təmin etsin.

6. İctimaiyyətlə əlaqələr sektoru (B. Məmmədov) əmrin icrası ilə əlaqədar keçirilən tədbirlərin kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmasını və İdarənin internet saytında yerləşdirilməsini təmin etsin.

7. Əmrin icrasına nəzarət müdir müavini M. Kəsəmənliyə həvalə edilsin.

 

Əsas:  Məktəbdənkənar fəaliyyətin təşkili sektorunun Fəaliyyət planı.

 

 

Məhəbbət Vəliyeva

Bakı  Şəhəri  üzrə Təhsil İdarəsinin müdiri 

27 yanvar 2017-ci il

                                                                                        №36


Xocalı  faciəsinin  iyirmi beşinci  ildönümü ilə əlaqədar “Xocalısız 25 il”  adlı rəsm-sərgi müsabiqəsinin əsasnaməsi