Əmrə dəyişiklik edilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri

Azərbaycan Respublikası təhsil nazirinin “2017-2018-ci dərs ilində dövlət ümumtəhsil müəssisələrində məktəbəhazırlıq qruplarının təşkili barədə” 04 aprel 2017-ci il tarixli 184  nömrəli əmrinin icrasını təmin etmək məqsədilə verilmiş Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 04 iyul 2017-ci il tarixli, 105 nömrəli əmrində dəyişiklik edilməsi ilə əlaqədar

 

ƏMR EDİRƏM:

 

1. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 04 iyul 2017-ci il tarixli əmrinin 3-cü bəndi dəyişdirilərək aşağıdakı redaksiyada verilsin.

2. Məktəbəhazırlıq qruplarına uşaqların elektron qeydiyyatı avqustun 1-dən sentyabrın 18-dək aparılsın.”

3. İctimaiyyətlə əlaqələr sektoru (B.Məmmədov) İdarənin 04 iyul 2017-ci il tarixli, 105 nömrəli əmrin dəyişiklik nəzərə  alınmaqla yeni redaksiyada Bakı Şəhəri üzrə Təhsil İdarəsinin  rəsmi internet saytında yerləşdirilməsini, elektron ərizə qəbulunun forma və proseduru barədə ictimaiyyətin  məlumatlandırılmasını təmin etsin.

4. Ümumi sektor (S.Rəsulova) bu əmrin və yeni redaksiyada 04 iyul 2017-ci il tarixli, 105 nömrəli əmrin çoxaldılaraq yerlərə çatdırılmasını təmin etsin.

5.   Əmrin icrasına nəzarət müdir müavini H.Əsgərova həvalə edilsin.

 

 

Məhəbbət Vəliyeva

Bakı  Şəhəri  üzrə Təhsil İdarəsinin müdiri 

13 iyul 2017-ci il

                                                                                        №122