“Rus dilinin intensiv tədrisi” layihəsinin davam etdirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Ölkənin 50 ümumi təhsil müəssisəndə həyata keçirilən “Rus dilinin intensiv tədrisi” layihəsinin davam etdirilməsi, həmin müəssisələrdə tədris prosesinin təşkili və tənzimlənməsini təmin etmək məqsədilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.10-1-ci və 13.5-ci bəndlərini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

        

1.  2017-2018-ci dərs ilində Bakı şəhərinin 3, 12, 13, 36, 42, 45, 51, 63, 70, 95, 106, 129, 178, 193, 212, 238, 244, 245, 246, 250, 257, 263, 265, 272, 274, 275, 276, 278, 283, 284, 286, 292, 295 nömrəli tam orta məktəblər, 20 nömrəli məktəb-lisey və 43 nömrəli məktəb-lisey kompleksi, Gəncə şəhəri 5 nömrəli, Mingəçevir şəhəri Texniki-humanitar liseyi, Sumqayıt şəhər 11 nömrəli, Şirvan şəhər 3 nömrəli, Abşeron rayonu Xırdalan şəhər 2 nömrəli,  Şəki şəhər 5 nömrəli,  Şamaxı şəhər 6 nömrəli, İsmayıllı rayonu Talıstan kənd, Zaqatala rayonu Əli Bayramlı kənd, Tovuz rayonu Ağbulaq kənd, Quba rayonu Əliməmmədoba kənd, Qusar rayonu Ləcət kənd, Masallı şəhər 2 nömrəli, Lənkəran rayonu Havzava kənd, Saatlı rayonu Məmmədabad kənd tam orta  məktəblərinin I-IX siniflərində rus dilinin intensiv tədrisi üzrə Təhsil Nazirliyinin layihəsi davam etdirilsin.

2. Rus dili intensiv tədris edilən siniflərin 2017-2018-ci dərs ilinə aid tədris planı və tədris planına dair “Qeydlər” təsdiq edilsin(1və 2 nömrəli əlavələr).

3. İnformasiya şöbəsi (E.Əliyev) əmrin əlavələrlə birlikdə «Azərbaycan müəllimi» qəzetində dərc olunmasını və Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.

4. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunsun.          

 

Mikayıl CABBAROV,

Azərbaycan Respublikasının təhsil naziri

28 avqust 2017-ci il

№258

 

 

Əlavə:

1. “Rus dilinin intensiv tədrisi” layihəsi həyata keçirilən ümumi təhsil müəssisələrinin 2017-2018-ci dərs ilinə aid tədris planı

2. Tədris planına dair qeydlər