Bakı şəhər məktəblilərinin biologiya elminə olan marağının daha da artırılması, onların bu sahədə nəzəri və təcrübi biliklərinin təkmilləşdirilməsi, istedadlı şagirdlərin aşkara çıxarılması məqsədi ilə
ƏMR EDİRƏM:
1. Bakı şəhəri ümumtəhsil və uşaq-gənclər inkişaf mərkəzlərinin IX - XI sinif şagirdləri arasında “Gənc bioloqların yaradıcılıq müsabiqəsi” 2018-ci ilin aprel-may aylarında keçirilsin.
2. Müsabiqənin əsasnaməsi, təşkilat komitəsinin tərkibi təsdiq edilsin (əlavə olunur).
3. Təhsil müəssisələrinin rəhbərləri təqdim olunan Əsasnaməyə uyğun olaraq müsabiqənin yerlərdə təşkili ilə əlaqədar lazımi işlər görsünlər.
4. Müsabiqənin rayonlar üzrə keçirilməsinə cavabdehlik aşağıdakı müəssisə rəhbərlərinə tapşırılsın.
Yasamal, Sabunçu və Pirallahı rayonları –Gülarə Quluzadə (4 nömrəli Uşaq - Gənclər İnkişaf Mərkəzinin direktoru)
Nərimanov, Xətai və Suraxanı rayonları – Könül Mustafayeva (5 nömrəli Uşaq - Gənclər İnkişaf Mərkəzinin direktoru)
Binəqədi və Nəsimi rayonları- Ziyat Nəbiyev (6 nömrəli Uşaq - Gənclər İnkişaf Mərkəzinin direktoru)
Qaradağ və Səbail rayonları - Elvira Mirzəyeva (7 nömrəli Uşaq - Gənclər İnkişaf Mərkəzinin direktoru)
Nizami və Xəzər rayonları - Təranə Aslanova (8 nömrəli Uşaq - Gənclər İnkişaf Mərkəzinin direktoru)
5. Məktəbdənkənar fəaliyyətin təşkili sektoru (A.Əzizov) müsabiqənin yüksək səviyyədə keçirilməsini təmin etsin.
6. Maliyyə və mühasibatlıq sektoru (E.Mehdiyeva) müsabiqə qaliblərinin mükafatlandırılması ilə əlaqədar məsələləri həll etsin.
7. Təminat və təchizat sektoru (Ş.İsgəndərov) əmrin icrasından irəli gələn təchizat məsələlərinin həll olunmasını təmin etsin.
8. Ümumi sektor (S.Rəsulova) əmrin əlavələrlə birlikdə çoxaldılıb yerlərə çatdırılmasını təmin etsin.
9. İctimaiyyətlə əlaqələr sektoru (B.Məmmədov) əmrin İdarənin internet saytında yerləşdirilməsini və keçirilən tədbirlərin kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmasını
təmin etsin.
10. Əmrin icrasına nəzarət müdir müavini N.Səfərovaya həvalə edilsin.
Əsas: Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Fəaliyyət planı.
Məhəbbət Vəliyeva,
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri
14 mart 2018-ci il
№ F-132
“Gənc bioloqların yaradıcılıq müsabiqəsi”nin keçirilməsi barədə Əsasnamə