Tədbirlər Planının təsdiq edilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri

Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2018-ci il tarixli 852 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Təhsil Nazirliyinin Tədbirlər Planının 7.4.1- ci yarımbəndinin icrasından irəli gələn  “Yol hərəkətinin təhlükəsizliyi sahəsində təbliğat-təşviqat işinin təşkili ilə bağlı 2020-2023-cü illər üçün Tədbirlər Planı”nın aidiyyəti bəndlərinin icrasını təmin etmək məqsədilə “Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında Əsasnamə”nin 15.6-cı bəndini rəhbər tutaraq

ƏMR EDİRƏM:

1. Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2018-ci il tarixli 852 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Təhsil Nazirliyinin Tədbirlər Planının 7.4.1-ci yarımbəndinin icrasından irəli gələn  “Yol hərəkətinin təhlükəsizliyi sahəsində təbliğat-təşviqat işinin təşkili ilə bağlı 2020-2023-cü illər üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planı” təsdiq edilsin (əlavə olunur).

2. İdarənin struktur bölmə rəhbərləri Tədbirlər Planında nəzərdə tutulan aidiyyəti tədbirlərin rəhbərlik etdikləri struktur bölmənin iş planına daxil edilərək icra olunmasını, görülmüş işlər barədə yarımillik və illik hesabat hazırlayıb rəhbərliyə təqdim edilməsini təmin etdinlər.

3. Ümumi təhsil sektoru (F.Babayev) Tədbirlər Planının icrası üzrə ümumiləşdirilmiş hesabatı hər ilin yanvar və iyul ayında Təhsil Nazırliyinə təqdim olunmasını təmin etsin.

4. İctimaiyyətlə əlaqələr sektoru (B. Məmmədov) əmrin və Tədbirlər Planının İdarənin internet  saytında yerləşdirilməsini və keçirilən tədbirlərin kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmasını  təmin etsin. 

5. Ümumi sektor (S.Rəsulova) əmrin əlavələrlə birlikdə çoxaldılaraq yerlərə çatdırılmasını təmin etsin.

6.  Əmrin icrasına nəzarət İ. Abdullayevaya həvalə edilsin.

 

Rəşad Tağıyev,

Bakı  Şəhəri  üzrə Təhsil İdarəsinin müdiri 

15 sentyabr 2020-ci il

                                                                                        № F-170


Tədbirlər Planı