Şagirdlərdə vətənpərvərlik, Vətənə məhəbbət hissinin formalaşmasının ən vacib məqamlarından biri onların yaşadığı kənd, şəhər, ölkə haqqında geniş məlumata malik olmaları və onu tanımalarıdır. Vətənpərvərlik hissinin böyüməkdə olan nəslə aşılanması, uşaq, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi həmişə təlim-tərbiyə işinin ən mühüm istiqamətlərindən, məktəbin ən vacib vəzifələrindən olub.
Vətən uğrunda mübarizədə Azərbaycan Ordusunun şanlı qələbəsi ilə əlaqədar maarifləndirici tədbirlərin görülməsi, şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunması və Azərbaycan Respublikası Təhsil nazirinin “Fəaliyyət Planının təsdiqi barədə” 16.11.2020-ci il tarixli, F-512 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 24.11.2020-ci il tarixli, F-233 nömrəli əmrini və “Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında” Əsasnamənin 15.6-cı bəndini rəhbər tutaraq
Əmr edirəm:
1. Bakı şəhəri ümumi təhsil müəssisələrinin VIII-XI sinif şagirdləri arasında 2020-ci ilin dekabr ayında “Qarabağ Azərbaycandır!” adlı intellektual müsabiqə keçirilsin.
2. Müsabiqənin Əsasnaməsi, təşkilat komitəsinin tərkibi təsdiq edilsin (əlavə olunur).
3. Təhsil müəssisələrinin rəhbərləri müsabiqənin Əsasnaməsinin tələblərinə uyğun olaraq müsabiqənin yerlərdə təşkili ilə əlaqədar lazımi işlər görsünlər.
4. İnkişaf layihələri sektoru (A.Tairquliyeva-Nağıyeva), Ümumi təhsil sektoru (F.Babayev) və Təlimə Dəstək Mərkəzi (S.Bektaşi) müsabiqənin yüksək səviyyədə keçirilməsini təmin etsinlər.
5. Maliyyə və mühasibatlıq sektoru (E.Mehdiyeva) layihənin icrasından irəli gələn maliyyə məsələlərini həll etsin.
6. Təminat və təchizat sektoru (M.İbrahimov) layihənin icrasından irəli gələn təchizat məsələlərini həll etsin.
7. İctimaiyyətlə əlaqələr sektoru (B.Məmmədov) əmrin və əmrin icrası ilə əlaqədar keçirilən tədbirlərin kütləvi-informasiya vasitələri tərəfindən işıqlandırılmasını, İdarənin internet saytında yerləşdirilməsini təmin etsin.
8. Ümumi sektor (N.Qırxlarova) əmrin əlavələrlə birlikdə çoxaldılıb yerlərə çatdırılmasını təmin etsin.
9. Əmrin icrasına nəzarət müdir müavini Hüseyn Əsgərova həvalə olunsun.
Əsas: Azərbaycan Respublikası Təhsil nazirinin “Fəaliyyət Planının təsdiqi barədə” 16.11.2020-ci il tarixli, F-512 nömrəli əmri və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 24.11.2020-ci il tarixli F-233 nömrəli əmri
Rəşad Tağıyev,
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri
04 dekabr 2020-ci il
№ F-246
“Qarabağ Azərbaycandır!” adlı intellektual müsabiqənin Əsasnaməsi