Ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənən şagirdləri aşkar etməklə onların potensial imkanlarının artırılması istiqamətində əhəmiyyətli rol oynayan respublika fənn olimpiadalarının şəhər mərhələsinin keçirilməsi məqsədilə “Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında” Əsasnamənin 15.6-cı bəndini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1.Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinin fənn olimpiadalarının şəhər mərhələsi 10-12 fevral 2021-ci il tarixlərində saat 10:00-dan 13:00-dək aşağıdakı mərkəz məktəblərdə keçirilsin:
Nərimanov rayonu36, 47 nömrəli tam orta məktəb
Nəsimi rayonu46, 54 nömrəli tam orta məktəb
Nizami rayonu32, 229 nömrəli tam orta məktəb
Qaradağ rayonu139 nömrəli tam orta məktəb
Sabunçu rayonu96, 271 nömrəli tam orta məktəb
Səbail rayonu189-190 nömrəli tam orta məktəb
Suraxanı rayonu114 nömrəli tam orta məktəb
Binəqədi rayonu3, 276 nömrəli tam orta məktəb
Xətai rayonu138 nömrəli tam orta məktəb
Xəzər rayonu124 nömrəli tam orta məktəb
Pirallahı rayonu235 nömrəli tam orta məktəb
Yasamal rayonu18 nömrəli tam orta məktəb
2. Respublika fənn olimpiadalarının şəhər mərhələsinin keçirilməsini təşkil etmək üçün aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:
Fuad Babayev Ümumi təhsil sektorunun müdiri
Təşkilat Komitəsinin sədri
Ləman Quliyeva Ümumi təhsil sektorunun məsləhətçisi
Adilə Fərəcova Ümumi təhsil sektorunun aparıcı məsləhətçisi
Mövlan Yusifov Ümumi təhsil sektorunun aparıcı məsləhətçisi
Gülnar Qədirova Ümumi təhsil sektorunun aparıcı məsləhətçisi
3. Respublika fənn olimpiadalarının şəhər mərhələsi Azərbaycan və rus bölmələri (Azərbaycan dili və ədəbiyyatı, rus dili və ədəbiyyatı istisna olmaqla) üzrə 9,10,11-ci sinif və xüsusi istedadı ilə seçilən 8-ci sinif şagirdləri əhatə edilməklə Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, biologiya, fizika, kimya və informatika fənləri üzrə keçirilsin.
4. Təminat və təchizat sektoru (M. İbrahimov) respublika fənn olimpiadalarının şəhər mərhələsinin keçiriləcəyi mərkəz məktəblərdə təhlükəsizliyin təmin edilməsi üçün lazımi tədbirləri həyata keçirsin.
5. İctimaiyyətlə əlaqələr sektoru (B. Məmmədov) əmrin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin internet saytında yerləşdirilməsini təmin etsin.
6. Ümumi sektor (S. Rəsulova) əmrin surətinin çoxaldılaraq aidiyyəti struktur bölmələrinə və ümumi təhsil müəssisələrinə göndərilməsini təmin etsin.
7. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.
Əsas: Azərbaycan Respublikası təhsil nazirinin 12.12.2014-cü il tarixli 1256 nömrəli əmri
Mehriban Vəliyeva,
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri
5 fevral 2021-ci il
№ F-24