“Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümünün keçirilməsi ilə əlaqədar Təhsil Nazirliyinin Tədbirlər Planının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Təhsil nazirinin 10.02.2021-ci il tarixli, F-42 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə “Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında” Əsasnamənin 15.6-cı bəndini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. Azərbaycan Respublikası Təhsil nazirinin “Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümünün keçirilməsi ilə əlaqədar Təhsil Nazirliyinin Tədbirlər Planının təsdiq edilməsi haqqında” 10 fevral 2021-ci il tarixli, F-42 nömrəli əmri rəhbərlik və icra üçün qəbul edilsin.
2. “Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümünün keçirilməsi ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planı” təsdiq edilsin (əlavə olunur).
3. Ümumi təhsil müəssisələri və Uşaq-gənclər inkişaf mərkəzlərində 2021-ci ilin fevral ayının 26-da ilk dərs və məşğələlər Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümünə həsr edilsin.
4. Təhsil müəssisələrinin rəhbərləri Tədbirlər Planının icrasını təmin etsinlər və 01 mart 2021-ci il tarixinədək görülmüş işlər barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə məlumat versinlər.
5. Ümumi təhsil sektoru (F.Babayev) Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümü ilə əlaqədar Tədbirlər Planından irəli gələn işlərin həyata keçirilməsini təmin etsin.
6. Ümumi sektor (S.Rəsulova) əmrin əlavələrlə birlikdə çoxaldılıb müvafiq struktur bölmələrə və təhsil müəssisələrinə çatdırılmasını təmin etsin.
7. İctimaiyyətlə əlaqələr sektoru (B. Məmmədov) əmrin və Tədbirlər Planının İdarənin internet saytında yerləşdirilməsini və keçirilən tədbirlərin kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmasını təmin etsin.
8. Əmrin icrasına nəzarət müdir müavini T.Əhmədova həvalə olunsun.
Əsas: Azərbaycan Respublikası Təhsil nazirinin 10.02.2021-ci il tarixli, F-42 nömrəli əmri.
Mehriban Vəliyeva,
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri
12 fevral 2021-ci il
№ F-38