Görkəmli elm xadimi Lütfi Zadənin 100 illik yubileyinin keçirilməsi ilə bağlı AMEA Rəyasət Heyətinin və Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının 05 fevral 2021-ci il tarixli birgə qərarı ilə təsdiq olunmuş Tədbirlər Planının icrasını təmin etmək məqsədilə “Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında” Əsasnamənin 15.6-cı bəndini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. Görkəmli elm xadimi Lütfi Zadənin 100 illik yubileyinin keçirilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planı təsdiq edilsin (əlavə olunur).
2. Təhsil müəssisələrinin rəhbərləri Tədbirlər Planının icrasını təmin etsinlər və 25 dekabr 2021-ci il tarixinədək görülmüş işlər barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə məlumat versinlər.
3. Ümumi təhsil sektoru (F.Babayev) və İnkişaf layihələri sektoru (S.Əzimova) yubiley ilə bağlı təşkilati işlərin həyata keçirilməsini təmin etsinlər.
4. İctimaiyyətlə əlaqələr sektoru (B.Məmmədov) əmrin və Tədbirlər Planının İdarənin internet saytında yerləşdirilməsini və keçirilən tədbirlərin kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmasını təmin etsin.
5. Ümumi sektor (S.Rəsulova) əmrin əlavələrlə birlikdə çoxaldılıb yerlərə çatdırılmasını təmin etsin.
6. Əmrin icrasına nəzarət müdir müavini H.Əsgərova həvalə edilsin.
Əsas: AMEA Rəyasət Heyətinin və Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının 05 fevral 2021-ci il tarixli birgə qərarı ilə hazırlanmış Tədbirlər Planı.
Mehriban Vəliyeva,
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri
15 aprel 2021-ci il
№ F-87