Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin qeyd edilməsi, Nizami sənətinin öyrənilməsi və tanıdılması, eyni zamanda dərnək rəhbərləri ilə aparılan işlərin daha da gücləndirilməsi, tədrisə müasir yanaşma prinsiplərinin öyrənilib təbliğ olunması və bacarıqlı, mütərəqqi fikir, düşüncəli dərnək rəhbərlərinin üzə çıxarılması məqsədilə “Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında” Əsasnamənin 15.6-cı bəndini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş “Ən yaxşı videotəqdimat” müsabiqəsi təhsil müəssisələrinin dərnək rəhbərləri arasında 2021-ci ilin may - iyun aylarında keçirilsin.
2. Müsabiqənin Əsasnaməsi (Əlavə 1) və Təşkilat Komitəsinin tərkibi (Əlavə 2) təsdiq edilsin.
3. Ümumi təhsil sektoru (F.Babayev) təqdim olunan Əsasnaməyə uyğun olaraq müsabiqənin təşkili ilə əlaqədar müvafiq tədbirlərin görülməsini təmin etsin.
4. Maliyyə və mühasibatlıq sektoru (E.Mehdiyeva) müsabiqənin icrasından irəli gələn maliyyə məsələlərini həll etsin.
5. Təminat və təchizat sektoru (M.İbrahimov) müsabiqənin icrasından irəli gələn təchizat məsələlərini həll etsin.
6. İctimaiyyətlə əlaqələr sektoru (B.Məmmədov) əmrin və müsabiqənin Əsasnaməsinin İdarənin internet saytında yerləşdirilməsini və müsabiqənin kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmasını təmin etsin.
7. Ümumi sektor (S.Rəsulova) əmrin əlavələrlə birlikdə çoxaldılıb aidiyyəti yerlərə çatdırılmasını təmin etsin.
8. Əmrin icrasına nəzarət müdir müavini X.Əhmədzadəyə həvalə edilsin.
Əsas: Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2021-ci il üçün Fəaliyyət planı.
Mehriban Vəliyeva,
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri
4 may 2021-ci il
№ F-107