Tədbirlər Planının icrası barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri

Azərbaycan Respublikası Təhsil nazirinin “27 sentyabr Anım Günü və 8 noyabr Zəfər Günü ilə bağlı Tədbirlər Planının təsdiq edilməsi barədə” 07.09.2021-ci il tarixli F-429 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə “Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında” Əsasnamənin 15.6-cı bəndini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1. ”27 sentyabr Anım Günü və 8 noyabr Zəfər Günü ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planı” təsdiq edilsin (əlavə olunur).

2. Təhsil müəssisələrinin rəhbərləri Tədbirlər Planının yerinə yetirilməsini təmin etsinlər və görülmüş işlər barədə hər ilin dekabr ayında Təhsil İdarəsinə məlumat versinlər.

3. İnkişaf layihələri sektoru (G.Qurbanova) və Ümumi təhsil sektoru (F.Babayev) Tədbirlər Planında nəzərdə tutulan tədbirlərin icrasına nəzarəti təmin etsinlər, daxil olmuş hesabatları ümumiləşdirib rəhbərliyə təqdim etsinlər.

4. Maliyyə və mühasibatlıq sektoru (E.Mehdiyeva) layihənin icrasından irəli gələn maliyyə məsələlərini həll etsin.

5. İctimaiyyətlə əlaqələr sektoru (B.Məmmədov) əmrin və əlavəsinin İdarənin internet saytında yerləşdirilməsini və keçirilən tədbirlərin kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmasını təmin etsin.

6. Ümumi sektor (S.Rəsulova) əmrin əlavəsi ilə birlikdə çoxaldılıb yerlərə çatdırılmasını təmin etsin.

7. Əmrin icrasına nəzarət müdir müavini H.Əsgərova həvalə edilsin.

 

Əsas: Azərbaycan Respublikası Təhsil nazirinin “27 sentyabr Anım Günü və 8 noyabr Zəfər Günü ilə bağlı Tədbirlər Planının təsdiq edilməsi barədə” 07.09.2021-ci il tarixli F- 429 nömrəli əmri

 

Mehriban Vəliyeva,

Bakı Şəhəri  üzrə Təhsil İdarəsinin müdiri 

8 sentyabr 2021-ci il

                                                                                        № F-191


 

Tədbirlər planı