“Aşıq  Ələsgər və  Azərbaycan folkloru” mövzusunda yaradıcılıq  müsabiqəsinin  keçirilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri

Azərbaycan Respublikası  təhsil  nazirinin  26.07.2021-ci il tarixli  F-372  nömrəli əmri ilə  təsdiq  olunmuş  “Aşıq  Ələsgərin 200 illik  yubileyinin  qeyd  edilməsi  ilə  bağlı  Təhsil  Nazirliyinin Tədbirlər Planı”nın icrasını təmin etmək məqsədilə “Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında” Əsasnamənin  15.6-cı bəndini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1. Bakı şəhəri ümumi təhsil müəssisələrinin VII-X sinif şagirdləri arasında 2021-ci ilin oktyabr-noyabr aylarında “Aşıq Ələsgər və  Azərbaycan folkloru” mövzusunda yaradıcılıq  müsabiqəsi  keçirilsin.

2. Müsabiqənin Əsasnaməsi və  Təşkilat Komitəsinin tərkibi təsdiq edilsin (əlavə olunur).

3. Ümumi təhsil müəssisələrinin direktorları təqdim olunan Əsasnaməyə uyğun olaraq müsabiqənin məktəb mərhələsinin keçirilməsini təmin etsinlər və qalib şagirdlər barədə  məlumatı  Təşkilat Komitəsinə  təqdim etsinlər.

4. İnkişaf layihələri sektoru (G.Qurbanova) və Ümumi  təhsil sektoru (F.Babayev)  müsabiqənin yüksək səviyyədə keçirilməsini təmin etsinlər.

5. Maliyyə və mühasibatlıq sektoru (E.Mehdiyeva) müsabiqənin icrasından irəli gələn maliyyə məsələlərini həll etsin.

6. Təminat və təchizat sektoru (S.Mahmudov) müsabiqənin icrasından irəli gələn təchizat məsələlərini həll etsin.

7. İctimaiyyətlə əlaqələr sektoru (B.Məmmədov) əmrin və Əsasnamənin  İdarənin internet saytında  yerləşdirilməsini və müsabiqənin kütləvi informasiya vasitələri  tərəfindən işıqlandırılmasını təmin etsin.

8. Ümumi sektor (S.Rəsulova) əmrin əlavələrlə birlikdə çoxaldılıb yerlərə çatdırılmasını təmin etsin.

Əmrin icrasına nəzarət müdir müavini Hüseyn Əsgərova həvalə olunsun.

 

Əsas: Bakı Şəhəri  üzrə  Təhsil İdarəsinin 30.07.2021-ci il tarixli  F-171 nömrəli  əmri  ilə təsdiq  edilmiş  “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi”  ilə  bağlı Tədbirlər Planı.

 

 

Mehriban Vəliyeva,

Bakı Şəhəri  üzrə Təhsil İdarəsinin müdiri 

7 oktyabr 2021-ci il

                                                                                        № F-214

 


 

Əsasnamə