“Mənim gündəliyim” adlı oxu və yaradıcılıq müsabiqəsinin keçirilməsi  barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri

Təhsilalanların mütaliə vərdişlərinin təkmilləşdirilməsi, oxu  və yazı  bacarıqlarının inkişaf etdirilməsi, Azərbaycan və  dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılığı barədə məktəblilərin məlumatlılıq   səviyyəsinin  artırılması,  istedadlı və mütaliəyə marağı olan şagirdlərin vaxtında üzə çıxarılması və onlara  dəstək  göstərilməsi məqsədilə  “Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında” Əsasnamənin 15.6-cı bəndini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

  1. Ümumi təhsil müəssisələrinin şagirdləri arasında 2022-ci ilin fevral-iyun aylarında “Mənim gündəliyim” adlı oxu və  yaradıcılıq  müsabiqəsi keçirilsin.

2. Müsabiqənin Əsasnaməsi və  Təşkilat Komitəsinin tərkibi təsdiq edilsin (əlavə olunur).

3. Ümumi təhsil müəssisələrinin direktorları təqdim olunan Əsasnaməyə uyğun olaraq şagirdlərin  müsabiqədə iştirakını təmin etsinlər və 08 iyun 2022-ci il tarixədək məktəblilərin hazırladıqları gündəlikləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinə təqdim etsinlər.

4. İnkişaf layihələri sektoru (G.Qurbanova) müsabiqənin yüksək səviyyədə keçirilməsini təmin etsin.

5. Maliyyə və mühasibatlıq sektoru (E.Mehdiyeva) müsabiqənin icrasından irəli gələn maliyyə məsələlərini həll etsin.

6. Təminat və təchizat sektoru (S.Mahmudov) müsabiqənin icrasından irəli gələn təchizat məsələlərini həll etsin.

7. İctimaiyyətlə əlaqələr sektoru (B.Məmmədov) əmrin və Əsasnamənin  İdarənin internet saytında  yerləşdirilməsini və müsabiqənin kütləvi informasiya vasitələri  tərəfindən işıqlandırılmasını təmin etsin.

8. Ümumi sektor (S.Rəsulova) əmrin əlavələrlə birlikdə çoxaldılıb yerlərə çatdırılmasını təmin etsin.

9. Əmrin icrasına nəzarət müdir müavini Hüseyn Əsgərova həvalə olunsun.

 

Əsas: Bakı Şəhəri  üzrə  Təhsil İdarəsinin 2022-ci il üçün Fəaliyyət  planı.

Mehriban Vəliyeva,

Bakı Şəhəri  üzrə Təhsil İdarəsinin müdiri 

11 fevral 2022-ci il

                                                                                        № F-61


 

Əsasnamə