“Şuşa İli” ilə bağlı Tədbirlər Planının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Təhsil Nazirliyinin 14.03.2022-ci il tarixli F-134 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə “Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında” Əsasnamənin 15.6-cı bəndini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. “Şuşa İli” ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planı” təsdiq edilsin (əlavə olunur).
2. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrinin rəhbərləri Tədbirlər Planının icrasını təmin etsinlər və 10 dekabr 2022-ci il tarixinədək görülmüş işlər barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyinə məlumat versinlər.
3. İnkişaf layihələri sektoru (Günay Qurbanova) və Ümumi təhsil sektoru (Fuad Babayev) bu əmrdən irəli gələn məsələləri həll etsinlər.
4. Ümumi sektor (Sevinc Rəsulova) əmrin surətinin əlavəsi ilə birlikdə İdarənin aidiyyəti sektorlarına və tabeliyində olan təhsil müəssisələrinə çatdırılmasını təmin etsin.
5. İctimaiyyətlə əlaqələr sektoru (Bəşarət Məmmədov) əmrin və Tədbirlər Planının İdarənin rəsmi internet saytında yerləşdirilməsini və keçirilən tədbirlərin kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmasını təmin etsin.
6. Əmrin icrasına nəzarət müdir müavini Hüseyn Əsgərova həvalə edilsin.
Əsas: “Şuşa İli” ilə bağlı Tədbirlər Planının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Təhsil Nazirliyinin 14.03.2022-ci il tarixli F-134 nömrəli əmri
Mehriban Vəliyeva,
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri
31 mart 2022-ci il
№ F-121