“Bakı Elm Olimpiadası”nın keçirilməsi barədə  Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdlərinin təbiət elmlərinə (fizika, kimya, biologiya) olan marağının daha da artırılması, bu sahədə nəzəri-təcrübi biliklərinin təkmilləşdirilməsi, onların praktik və yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, istedadlarının üzə çıxarılması məqsədilə “Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında Əsasnamə”nin 15.6-cı bəndini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin   Azərbaycan bölməsi üzrə 8-10-cu sinif şagirdləri arasında “Bakı Elm Olimpiadası” keçirilsin.

2. Olimpiadanın Əsasnaməsi (Əlavə 1), Təşkilat Komitəsinin tərkibi (Əlavə 2) və Ekspert qrupu (Əlavə 3) təsdiq edilsin.

3. Ümumi təhsil müəssisələrinin rəhbərləri olimpiadanın təqdim olunan Əsasnaməyə uyğun olaraq yerlərdə təşkili ilə əlaqədar lazımi işlər görsünlər.

4. Ümumi təhsil sektoru (F.Babayev) və Təlimə Dəstək Mərkəzi (İ.Həsənov) olimpiada ilə bağlı təşkilati işləri həyata keçirsin.

5. Maliyyə və mühasibatlıq sektoru (E.Mehdiyeva) olimpiada ilə bağlı maliyyə məsələlərini həll etsin.

6. Təminat və təchizat sektoru (S.Mahmudov) olimpiadanın  icrasından irəli gələn təchizat məsələlərini həll etsin.

7. Ümumi sektor (S.Rəsulova) əmrin əlavələrlə birlikdə çoxaldılıb yerlərə  çatdırılmasını təmin etsin.

8. İctimaiyyətlə əlaqələr sektoru (B.Məmmədov) əmrin və Olimpiadanın əsasnaməsinin İdarənin internet saytında yerləşdirilməsini və olimpiadanın kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmasını  təmin etsin.    

9. Əmrin icrasına nəzarət müdir müavini X.Əhmədzadəyə  həvalə edilsin.

 

Əsas: Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Fəaliyyət planı.

Mehriban Vəliyeva,

Bakı Şəhəri  üzrə Təhsil İdarəsinin müdiri

7 aprel 2022-ci il

                                                                                        № F-130


 

Əsasnamə