“Ailəm və məktəbim” layihəsinin keçirilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri

Ailə-məktəb münasibətlərinin səmərəli təşkili böyüməkdə olan gənc nəslin motivasiya sahəsinin, əxlaqi şüurunun formalaşmasına, uşağın cəmiyyətdəki rolunu müəyyənləşdirməsinə və özünü dərk etməsinə, bilik və bacarıqlarını inkişaf etdirməsinə sistemli töhfə verir. Ailə-məktəb münasibətlərinin sağlam pedaqoji, psixoloji əsaslar üzərində, qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulması cə­miy­yətin inkişafını şərtləndirən amillərdəndir. Cəmiyyətin təməlini təşkil edən və dəyərlərini yaşadan ailələr və ümumtəhsil məktəbləri arasında səmərəli əməkdaşlığı təşviq etmək məqsədilə “Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında” Əsasnamənin 15.6-cı bəndini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1. Bakı şəhəri ümumi təhsil müəssisələrində “Ailəm və məktəbim” layihəsi keçirilsin.

2. Layihənin icrası bu əmrə əlavə olunmuş Tədbirlər Planına uyğun həyata keçirilsin (əlavə olunur).

3. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinin rəhbərləri Tədbirlər Planının icrasını təmin etsinlər və 2022-ci ilin iyun və dekabr aylarında görülmüş işlər barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyinə məlumat versinlər.

4. İnkişaf layihələri sektoru (Günay Qurbanova) bu əmrdən irəli gələn məsələləri həll etsin.

5. Maliyyə və mühasibatlıq sektoru (Elmira Mehdiyeva) layihənin icrasından irəli gələn maliyyə məsələlərini həll etsin

6. Təminat və təchizat sektoru (Səccət Mahmudov) layihənin  icrasından irəli gələn təchizat məsələlərini həll etsin

7. Ümumi sektor (Sevinc Rəsulova) əmrin əlavəsi ilə birlikdə surətinin göndərilmə siyahısına uyğun olaraq çatdırılmasını təmin etsin.

8. İctimaiyyətlə əlaqələr sektoru (Bəşarət Məmmədov) əmrin və Tədbirlər planının İdarənin rəsmi internet saytında  yerləşdirilməsini və keçirilən tədbirlərin kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmasını  təmin etsin.

9. Əmrin icrasına nəzarət müdir müavini Hüseyn Əsgərova  həvalə edilsin.

 

Əsas: Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2022-ci il üzrə Fəaliyyət Planı.

 

 

Mehriban Vəliyeva,

Bakı Şəhəri  üzrə Təhsil İdarəsinin müdiri

18 mart  2022-ci il

                                                                                        № F-145

 


 

Tədbirlər planı