20 Yanvar faciəsinin iyirminci ildönümünün qeyd edilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdirinin əmri

20 Yanvar faciəsinin iyirminci ildönümünün qeyd edilməsi məqsədilə

 

ƏMR  EDİRƏM:       
       

1. 20 Yanvar faciəsinin iyirminci ildönümünün qeyd edilməsi ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tədbirlər planı təsdiq edilsin (əlavə olunur).

2. Ümumtəhsil, məktəbəqədər, məktəbdənkənar müəssisə  rəhbərləri tədbirlər planının icrasını təmin etsinlər, şəhidlərin xatirəsinə həsr olunmuş geniş tədbirlər həyata keçirsinlər.

3. Ümumi təhsil (F.Həmzəyev), məktəbdənkənar təhsil (Q.Sultanova), məktəbəqədər (L.İmanova) sektorlarına əmrin və tədbirlər planının ümumtəhsil,  məktəbdənkənar və məktəbəqədər müəssisələrdə icrasının təşkili tapşırılsın.

4. Beynəlxalq əlaqələr və ictimaiyyətlə əlaqə sektoru (Z.Əsədova) əmr və tədbirlər planının “Bakı təhsili” qəzetində dərc olunmasını təmin etsin.

 5. Əmrin icrasına nəzarət müdir müavini M.Bayramova həvalə edilsin.

 Əsas: Azərbaycan Respublikası təhsil nazirinin 18 dekabr 2009-cu il tarixli 1396 nömrəli əmri.

 

N.Rzaquliyeva

 Bakı Şəhəri üzrə

Təhsil İdarəsinin müdiri
13.01.2010 - cu il

05 



                Tədbirlər planı