Xocalı soyqırımının on səkkizinci ildönümünün keçirilməsi məqsədilə
ƏMR EDİRƏM:
1. Xocalı soyqırımının on səkkizinci ildönümünün keçirilməsi ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tədbirlər planı təsdiq edilsin (əlavə olunur).
2. Ümumi, məktəbdənkənar və məktəbəqədər təhsil sektorlarına, Metodiki kabinetə (F.Həmzəyev, Q.Sultanova, L.İmanova, V.Qurbanov) əmrin və tədbirlər planının ümumtəhsil, məktəbdənkənar və məktəbəqədər təhsil müəssisələrinə çatdırılması və icrasının təşkili tapşırılsın.
3.Ümumtəhsil, məktəbəqədər, məktəbdənkənar müəssisə rəhbərləri tədbirlər planının icrasını təmin etsinlər.
4. Əmrin icrasına nəzarət müdir müavini M.Bayramova həvalə edilsin.
Əsas: Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Fəaliyyət planı.
Nailə Rzaquliyeva
Bakı Şəhəri üzrə
Təhsil İdarəsinin müdiri
12.02.2010 -cu il
№ 30
Xocalı soyqırımının on səkkizinci ildönümünün keçirilməsi ilə
əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
T Ə D B İ R L Ə R P L A N I
№ |
Keçiriləcək tədbirlərin adı |
İcra vaxtı |
İcraçı təşkilatlar |
1. |
Ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələrində Xocalı soyqırımının on səkkizinci ildönümünə həsr olunmuş toplantıların, ədəbi-bədii gecələrin keçirilməsi, sənədli və bədii filmlərin nümayişinin təşkili. |
Fevral 2010-cu il |
Ümumtəhsil və |
2. |
Ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələrində Xocalı soyqırımına həsr olunmuş matəm mitinqlərinin, xatirə gecələrinin keçirilməsi, soyqırımın şahidi olanlarla və müharibə veteranları ilə görüşlərin təşkili. |
Fevral 2010-cu il |
Təhsil |
3. |
Ümumtəhsil məktəblərində və məktəbdənkənar təhsil müəssisələrində “Xocalı faciəsi XX əsrin ən dəhşətli faciəsidir” mövzusunda inşa yazı müsabiqəsinin keçirilməsi. |
Fevral 2010-cu il |
Təhsil müəssisələri, |
4. |
Xocalı soyqırımı ilə bağlı divar qəzeti və bülletenlərin buraxılması, foto-stendlərin hazırlanması. |
Fevral 2010-cu il |
Təhsil müəssisələri |
5. |
Şagirdlərin və yeniyetmələrin Xocalı soyqırımı abidəsinə ziyarətinin təşkili. |
18-26 fevral |
Təhsil müəssisələri |
6. |
Xocalı soyqırımını əks etdirən rəsm sərgisinin təşkili . |
25 fevral |
Təhsil müəssisələri, Məktəbdənkənar təhsil sektoru |
7. |
26 fevral günü ümumtəhsil, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrində ilk dərs saatını və məşğələləri Xocalı soyqırımına həsr etmək. |
26 fevral |
Təhsil müəssisələri |