“Məktəbli gənclər Heydər Əliyev zəkasının işığında” mövzusunda Bakı şəhər ümumtəhsil məktəbləri şagirdlərinin yaradıcılığına həsr olunmuş konfransın keçirilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdirinin əmri

Azərbaycan Respublikası Prezidentinin 17 aprel 2006-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin həyata keçirilməsi ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Fəaliyyət Planına uyğun olaraq 
                                                

                                           Ə M R    E D İ R Ə M:

 

           1.“Məktəbli gənclər Heydər Əliyev zəkasının işığında” mövzusunda Bakı şəhər ümumtəhsil məktəbləri şagirdlərinin yaradıcılığına həsr olunmuş konfransın birinci mərhələsi 10 aprel 2010-cu il tarixdə, saat 10 00-da 1 saylı məktəbdə, tədbirin yekun konfransı isə 23 aprel 2010-cu il tarixdə “HYATT  REGENCY” otelində  keçirilsin.
           2. Konfransın işinin səmərəli təşkili və yüksək səviyyədə keçirilməsini təmin etmək məqsədilə aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın: 
Nailə Rzaquliyeva - Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri, sədr
Məhəbbət Qarabağlı - Təhsil İdarəsinin müdir müavini – üzv
Məhəmməd Bayramov - Təhsil İdarəsinin müdir müavini – üzv
Müslüm Qəzənfərov - Təhsil İdarəsinin müdir müavini – üzv
Hüseyn Əsgərov - Təhsil İdarəsinin müdir müavini – üzv
Bəhman Nəbiyev - STPKİ sektorunun müdiri  - üzv
Firudin Həmzəyev     -  Ümumi təhsil sektorunun müdiri - üzv
Vahid Qurbanov – Metodik Mərkəzin direktor müavini - üzv
Nadir Əliyev - Metodik Mərkəzin direktor müavini - icraçı katib

           3. Metodiki Mərkəz (V.Qurbanov): Konfransın təşkili və yüksək səviyyədə keçirilməsinə əməli köməyi təşkil etsin.

           4.1 saylı məktəbin direktoru (E. Rzayeva): Konfransın yüksək səviyyədə keçirilməsi üçün lazımi hazırlıq işlərinin həyata keçirilməsini təmin etsin.
        5.Plan-maliyə (İ.İsmayılov): Konfransın keçirilməsi ilə bağlı xərclər smetasını  hazırlayıb təsdiq edilməsi üçün İdarənin rəhbərliyinə təqdim etsin.

           6. Ümumi sektor (S.Rəsulova): Əmr və əlavələrin çoxaldılıb məktəblərə çatdırılmasını təmin etsin.

           7. Beynəlxalq əlaqələr və ictimaiyyətlə əlaqə sektoru (Z.Əsədova): Əmrin “Bakı  Təhsili” qəzetində dərc olunmasını təmin etsin.

           8. Əmrin icrasına ümumi nəzarəti öz üzərimdə saxlayıram

Nailə Rzaquliyeva

Bakı Şəhəri üzrə

Təhsil İdarəsinin müdiri

28.10.2013 -cü il