Bakı şəhərinin məktəbəqədər təhsil müəssisələrində tərbiyə alan uşaqlara bu bayramın məhz onlara məxsus olmasını, bütün dünyada təntənəli surətdə qeyd olunmasını dərk etdirmək, uşaqlarda şən əhval-ruhiyyə yaratmaq, Azərbaycana olan məhəbbətin, onun təbiətinə olan maraq və sevginin, milli-mənəvi dəyərlərimizə hörmətin tərbiyə olunmasını inkişaf etdirmək, musiqinin bütün janrlarına maraq artırmaq, uşaqların bədii yaradıcılıq qabiliyyətlərini aşkar etmək məqsədi ilə
1.”Səni tərənnüm edirəm Azərbaycanım” devizi altında 1İyun-Uşaqların Beynəlxalq müdafiə gününə həsr olunmuş bayram tədbirinin məktəbəqədər müəssisələrdə açıq havada təntənəli surətdə təşkil edilib, keçirilməsi təmin edilsin.
2.Məktəbəqədər müəssisə rəhbərlərinə tapşırılsın:
2.1.Bu məqsədlə məktəbəqədər müəssisələrdə təşkilat komitəsi yaradılsın.
2.2.Tədbirin keçirilməsində valideynlərin, ictimayyətin fəal iştirakı təmin edilsin.
2.3. Əmrin icrasını təmin edən tədbirlər planı işlənib hazırlansın və bayramın
senarisi may ayının 25-dək Bakı Şəhəri üzrə Təhsil İdarəsinə təqdim edilsin.
3.Məktəbəqədər təhsil sektorunun müdiri L.İmanovaya tapsırılsın:
3.1 Məktəbəqədər müəssisələrdə tədbirin keçirilməsinə sektorun əməkdaşlarının
əməli köməklik göstərməsini təmin etsin.
3.2. Beynəlxaq əlaqələr və ictimaiyyətlə əlaqə sektorunun müdiri Z. Əsədovaya
tapşırılsın: Müvafiq əmr Bakı Təhsili qəzetində dərc edilsin.
3.3 Əmrin icrasına nəzarət BŞTİ-nin müdir müavini M.Qəzənfərova həvalə
edilsin.
Əsas: Fəaliyyət planı
Nailə Rzaquliyeva
Bakı Şəhəri üzrə
Təhsil İdarəsinin müdiri
07.05.2010-cu il
№ 141