Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar təhsil müəssisələrində keçiriləcək tədbirlər haqqında” 26.02.2014-cü il tarixli 229 nömrəli əmrinin icrasını təmin etmək məqsədi ilə
ƏMR EDİRƏM:
1.Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar təhsil müəssisələrində keçiriləcək tədbirlər haqqında” 26.02.2014-cü il tarixli 229 nömrəli əmrinə müvafiq olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Fəaliyyət planı təsdiq edilsin (əlavə olunur).
2.Məktəbdənkənar təhsil sektoru (A.Əzizov) Ümumi təhsil sektoru ilə birlikdə şəhərin təhsil müəssisələrində Fəaliyyət planında nəzərdə tutulan tədbirlərin vaxtında və tələb olunan səviyyədə yerinə yetirilməsini təmin etsin.
3.İctimaiyyətlə əlaqələr sektoru (A.Tairquliyeva) və Ümumi sektor (S.Rəsulova) əmrin əlavəsi ilə birlikdə İdarənin internet saytıında yerləşdirilməsini və çoxaldılıb yerlərə çatdırılmasını təmin etsinlər.
4.Əmrin icrasına nəzarət müdir müavini M.Kəsəmənliyə həvalə edilsin.
Əsas: Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26.02.2014-cü il tarixli 229№-li əmri.
Nailə Rzaquliyeva
Bakı Şəhəri üzrə
Təhsil İdarəsinin müdiri
02.03.2014 -cu il
№
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan
olmasının 91-ci ildönümü ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
Fəaliyyət planı
№ |
Tədbirlər |
İcra vaxtı |
İcraçı |
1. |
Ümumtəhsil məktəblərində və məktəbdənkənar təhsil müəssisələrindəUlu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş maarifləndirici seminar və dəyirmi masaların, ədəbi-bədii gecələrin, Heydər Əliyev dərslərinin təşkili. |
mart - aprel 2014 |
Ümumi təhsil və Məktəbdənkənar təhsil sektorları, təhsil müəssisələri |
2.
2.1 2.2 2.3 |
Ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin iştirakı ilə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş inşa yazı müsabiqəsinin keçirilməsi. I mərhələ: rayon mərhələsi II mərhələ: şəhər mərhələsi İnşa yazı müsabiqəsinin yekun mərhələsi iştirakçılarının müəyyənləşdirilməsi, təltifi və Təhsil nazirliyinə təqdim edilməsi. |
mart - may 2014
Martın 15 - dək Martın 25 - dək
Aprelin 1 - dək |
Ümumi təhsil və Məktəbdənkənar təhsil sektorları, təhsil müəssisələri |
3. |
Ümumtəhsil məktəbləri şagirdlərinin və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvlərinin iştirakı ilə rəsm müsabiqəsi və sərgisinin, müxtəlif növlər üzrə idman yarışlarının təşkili. |
martl - aprel 2014 |
Ümumi təhsil və Məktəbdənkənar təhsil sektorları, təhsil müəssisələri |
4. |
Ümumtəhsil məktəblərində və məktəbdənkənar təhsil müəssisələrində 2014-cü il mayın 10-da ilk dərs və məşğələlərin ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilməsi. |
may 2014 |
Ümumi təhsil və Məktəbdənkənar təhsil sektorları, təhsil müəssisələri |