Bakı şəhərindəki ümumtəhsil məktəblərinin müəllimləri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 91- ci ildönümünə həsr olunmuş şahmat yarışının keçirilməsi barədə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi ilə birgə qərarın həyata keçirilməsi haqqında Azərbaycan Respublikası Təhsil Nazirliyinin 12.03.2014-cü il tarixli 46-20-1365/16 nömrəli məktubunun icrasını təmin etmək məqsədilə
ƏMR EDİRƏM:
1. Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin “Bakı şəhərindəki ümumtəhsil məktəblərinin müəllimləri arasında şahmat yarışının keçirilməsi barədə” birgə qərarı icra üçün qəbul edilsin.
2. Şahmat yarışının təşkili və keçirilməsi üçün Təşkilat Komitəsinin və Hakimlər Kollegiyasının tərkibi (1 və 2 №-li əlavələr) təsdiq edilsin.
3. Təhsil Nazirliyi və ATİAHİRK tərəfindən təsdiq edilmiş birgə əsasnaməyə uyğun olaraq şahmat yarışının aşağıdakı mərhələ və tarixlərdə keçirilməsi təmin edilsin:
I mərhələ: təlim-tərbiyə müəssisələrində 2014-cü il aprel ayının 8 - dək;
II mərhələ: Bakı şəhərinin rayonları üzrə 2014-cü il aprel ayının 13 - dək.
4. Təşkilat Komitəsinə yarışlarda obyektivliyin təmin olunması və hər rayondan yalnız birinci yerin qalibinin (soyadı, adı, atasının adı, ixtisası, iş yeri) 2014-cü il aprel ayının 15 - dək Respublika Təşkilat Komitəsinə təqdim edilməsi tapşırılsın.
5. İctimaiyyətlə əlaqələr sektoru (A.Tairquliyeva) və Ümumi sektor (S. Rəsulova) əmrin əlavələrlə birlikdə İdarənin internet saytıında yerləşdirilməsini və çoxaldılıb yerlərə çatdırılmasını təmin etsinlər.
6. Əmrin icrasına nəzarət müdir müavini M. Kəsəmənliyə həvalə edilsin.
Əsas: Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin 05.03.2014-cü il tarixli 279 nömrəli birgə qərarı.
Nailə Rzaquliyeva
Bakı Şəhəri üzrə
Təhsil İdarəsinin müdiri
03.04.2014 -cu il
1 №-li əlavə
Bakı şəhərindəki ümumtəhsil məktəblərinin müəllimləri arasında
şahmat yarışının şəhər mərhələsinin keçirilməsi ilə əlaqədar
Təşkilat Komitəsi
1. Məmmədəli Kəsəmənli - BŞTİ, müdir müavini - həmsədr
2. Rəsulova Sevinc - BŞTİ AHİK-in sədri, Ümumi sektorun müdiri - həmsədr
3. Əzizov Afiq - BŞTİ, Məktəbdənkənar təhsil sektorunun müdiri - üzv
4. Qurbanov Vahid - BŞTİ, Metodiki Kabinetin müdiri - üzv
5. Ələkbərov Natiq -1№-li İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-
Gənclər Şahmat-Dama İdman Məktəbinin direktoru - üzv
6. Hacıyeva Almaz -ATİAHİ Binəqədi RK-nin sədri - üzv
7. Əbilov Həzərxan -ATİAHİ Xəzər RK-nin sədri - üzv
8. Rzayeva Zümrüd -ATİAHİ Qaradağ RK-nin sədri - üzv
9. Əliyev Cəmil -ATİAHİ Xətai RK-nin sədri - üzv
10. Sadıqov Fazil -ATİAHİ Nəsimi RK-nin sədri - üzv
11. Hüseynova Gülarə -ATİAHİ Nərimanov RK-nin sədri - üzv
12. Əliyev Fərhad -ATİAHİ Nizami RK-nin sədri - üzv
13. Babayev Vaqif -ATİAHİ Sabunçu RK-nin sədri - üzv
14. Xəlilov Akif -ATİAHİ Suraxanı RK-nin sədri - üzv
15. Abbasov Mükafat -ATİAHİ Səbail RK-nin sədri - üzv
16. Həmidov Elçin -ATİAHİ Yasamal RK-nin sədri - üzv
2 №-li əlavə
Bakı şəhərindəki ümumtəhsil məktəblərinin müəllimləri arasında
şahmat yarışının şəhər mərhələsinin keçirilməsi ilə əlaqədar
Hakimlər Kollegiyası
1.Rzayev Mehman - Şahmat üzrə idman ustası, Idərəcəli hakim - sədr
2. İsmayılova Pərvanə - Şahmat üzrə Fide ustası - üzv
3. İsmayılov Tofiq - Şahmat üzrə idman ustası - üzv
4. Musayev Eldar - Şahmat üzrə idman ustalığına namizəd, I dərəcəli hakim -üzv