“Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının və Təhsil Nazirinin 04.04.2014-cü il tarixli 387 nömrəli əmrinin icrası barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdirinin əmri

“Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası barədə Təhsil Nazirinin 04.04.2014-cü il tarixli 387 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə 

 

                  ƏMR   EDİRƏM :

 

1. “Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası barədə Təhsil Nazirinin 04.04.2014-cü il tarixli 387 nömrəli əmri icra və rəhbərlik üçün qəbul edilsin.

2. Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyinin keçirilməsi ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planı təsdiq edilsin (əlavə olunur).

3. Ümumi təhsil və məktəbdənkənar müəssisələrin rəhbərləri:

3.1. Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyinin keçirilməsi ilə əlaqədar təsdiq olunmuş Tədbirlər Planının yerinə yetirilməsini təmin etsinlər.

3.2.Əmrin icrası ilə bağlı görülmüş işlər barədə 25 dekabr 2014-cü ilədək Bakı Şəhəri üzrə Təhsil İdarəsinə hesabat təqdim etsinlər.

4. Ümumi sektor (Sevinc Rəsulova) və İctimaiyyətlə əlaqələr sektoru (Arzu Tairquliyeva) əmrin əlavəsi ilə birlikdə çoxaldılıb yerlərə göndərilməsini və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin internet səhifəsində yerləşdirilməsini təmin etsinlər.

5. Əmrin icrasına nəzarət müdir müavini Məmmədəli Kəsəmənliyə həvalə olunsun.

 

Əsas: Təhsil Nazirinin 04.04.2014-cü il tarixli 387 nömrəli əmri.

 

Nailə Rzaquliyeva

Bakı Şəhəri üzrə

Təhsil İdarəsinin müdiri

03.04.2014 -cu il

 


 

Təsdiq edirəm:

Bakı şəhəri üzrə Təhsil İdarəsinin 

müdiri Nailə Rzaquliyeva

                                                                                                                                        

 

Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyinin keçirilməsi ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin

                   

                                 

                                                                             TƏDBİRLƏR   PLANI

 

Keçiriləcək
tədbirlərin  adı

İcra vaxtı

İcraçı

Qeyd

 

1.

Təhsil müəssisələrində Naxçıvan Muxtar Respublikasının yaradılma sının 90 illik yubileyinə       həsr olunmuş toplantıların, ədəbi-bədii gecələrin keçirilməsi, sənədli filmlərin nümayişinin, görüşlərin təşkili

 

İl ərzində

 

Təhsil

müəssisələri

 

 

2

Keçirilən tədbirlər haqqında informasiyaların Bakı Şəhəri üzrə Təhsil İdarəsinin internet səhifə sində yerləşdirilməsinin təmin edilməsi

 

 

İl ərzində

İctimaiyyətlə əlaqələr sektoru,

təhsil

müəssisələri

 

3.

Təhsil müəssisələrində “Doğma Naxçıvan” mövzusunda inşa yazı və rəsm müsabiqəsinin keçirilməsi

 

Noyabr

Məktəbdənkənar təhsil sektoru,

təhsil

müəssisələri

 

4.

Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyi ilə bağlı məktəb kitabxanalarında kitab sərgilərinin təşkili, foto-stendlərin hazırlanması

 

 

İl ərzində

 

Təhsil

müəssisələri

 

 

5.

Naxçıvanın   tarixi,    coğrafiyası,

görkəmli alimləri, yazıçı və şairləri haqqında “Dəyirmi masa”ların və seminarların keçirilməsi

 

İl ərzində

 

Təhsil

müəssisələri