“Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Təhsil Nazirliyinin 8 aprel 2014-cü il tarixli 392 nömrəli Əmrinin icrası barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdirinin əmri

Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi haqqında” 8 aprel 2014-cü il tarixli, 392 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə “Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında Əsasnamə”nin 4.2-ci bəndini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1. Bakı şəhərinin ümumi təhsil müəssisələrində “Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi haqqında” tədbirlər planı təsdiq edilsin (əlavə olunur).

2. Ümumi təhsil sektoru ümumi təhsil müəssisələrində yubiley tədbirlərinin yüksək səviyyədə keçirilməsini təmin etsin.

3. İctimaiyyətlə əlaqələr sektoru (A.Tairquliyeva) əmrin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin internet səhifəsində yerləşdirilməsini təşkil etsin.

4. Ümumi sektor (S.Rəsulova) əmrin əlavəsi ilə birlikdə çoxaldılaraq  ümumi təhsil müəssisələrinə çatdırılmasını təmin etsin.

5. Əmrin icrasına nəzarət müdir müavini M.Kəsəmənliyə  həvalə edilsin.

Əsas: “Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 21 yanvar 2014-cü il tarixli 234 nömrəli Sərəncamının icrası barədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 8 aprel 2014-cü il tarixli, 392 nömrəliəmri.

 

Nailə Rzaquliyeva

Bakı Şəhəri üzrə

Təhsil İdarəsinin müdiri

21.04.2014 – cü il

№71

 


 

 

“Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi haqqında”

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 8 aprel 2014-cü il tarixli

392 nömrəli Əmrinin icrası ilə əlaqədar

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər planı

 

Tədbirin adı

İcraçılar

İcra müddəti

1.    

Ümumtəhsil müəssisələrində “Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi haqqında” tədbirlər planının hazırlanması

Ümumi təhsil müəssisələrinin rəhbərləri

Aprel

2014-cü il

2.    

Ümumtəhsil müəssisələrində Əli bəy Hüseynzadənin həyat və yaradıcılığı haqqında məktəblilərin məlumatlandırılması

Ümumi təhsil müəssisələrinin rəhbərləri

Aprel-may

2014-cü il

3.    

Ümumtəhsil müəssislərində yubileylə əlaqədar guşələrin təşkil edilməsi,  “Əli bəy Hüseynzadə-150” adlı bülletenlərinin  hazırlanması

Ümumi təhsil müəssisələrinin rəhbərləri

Aprel-may

2014-cü il

4.    

Əli bəy Hüseynzadənin milli-mənəvi fikir tarixmizdəki rolu” mövzusunda müzakirələrin təşkil edilməsi

Ümumi təhsil müəssisələrinin rəhbərləri

Aprel-may

2014-cü il