Azərbaycan Respublikası Təhsil Nazirliyinin “İlyas Əfəndiyevin 100 illik yubileyinin keçirilməsi haqqında” 9 aprel 2014-cü il tarixli, 414 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə “Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında Əsasnamə”nin 4.2-ci bəndini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1.Bakı şəhərinin ümumi təhsil müəssisələrində “İlyas Əfəndiyevin 100 illik yubileyinin keçirilməsi haqqında” tədbirlər planı təsdiq edilsin (əlavə olunur).
2.Ümumi təhsil sektoru ümumi təhsil müəssisələrində yubiley tədbirlərinin yüksək səviyyədə keçirilməsini təmin etsin.
3.İctimaiyyətlə əlaqələr sektoru (A.Tairquliyeva) əmrin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin internet səhifəsində yerləşdirilməsini təşkil etsin.
4.Ümumi sektor (S.Rəsulova) əmrin əlavəsi ilə birlikdə çoxaldılaraq ümumi təhsil müəssisələrinə çatdırılmasını təmin etsin.
5.Əmrin icrasına nəzarət müdir müavini M.Kəsəmənliyə həvalə edilsin.
Əsas: “İlyas Əfəndiyevin 100 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2014-cü il tarixli 220 nömrəli Sərəncamının icrası barədəAzərbaycan Respublikası Təhsil Nazirliyinin 9 aprel 2014-cü il tarixli, 414 nömrəliəmri.
Nailə Rzaquliyeva
Bakı Şəhəri üzrə
Təhsil İdarəsinin müdiri
21.04.2014 – cü il
№72
“İlyas Əfəndiyevin 100 illik yubileyinin keçirilməsi haqqında”
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 9 aprel 2014-cü il tarixli
414 nömrəli Əmrinin icrası ilə əlaqədar
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər planı
№ |
Tədbirin adı |
İcraçılar |
İcra müddəti |
1. |
Ümumtəhsil müəssisələrində “İlyas Əfəndiyevin 100 illik yubileyinin keçirilməsi haqqında” tədbirlər planının hazırlanması |
Ümumi təhsil müəssisələrinin rəhbərləri |
Aprel 2014-cü il |
2. |
Təşkilat saatlarında İlyas Əfəndiyevin həyat və yaradıcılığı haqqında məktəblilərin məlumatlandırılması |
Ümumi təhsil müəssisələrinin rəhbərləri |
Aprel-may 2014-cü il |
3. |
İlyas Əfəndiyevin əsərlərindən və müəllifdən bəhs edən kitablardan ibarət sərgilərin təşkili |
Ümumi təhsil müəssisələrinin rəhbərləri |
İl ərzində |
4. |
Ümumtəhsil müəssislərində İlyas Əfəndiyevin həyat və yaradıcılığına həsr olunmuş müzakirələrin təşkili |
Ümumi təhsil müəssisələrinin rəhbərləri |
İl ərzində |