İntellekt yarışının keçirilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdirinin əmri

Məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvlərinin təbiət elmlərinə marağının artırılması, onların bu sahədə fəaliyyət göstərən dərnəklərə daha çox cəlb olunması, dünyagörüşlərinin formalaşdırılması, istedadlı uşaqların aşkara çıxarılması və yaradıcılıq qabiliyyətlərinin daha da inkişaf etdirilməsi məqsədilə

 

ƏMR EDİRƏM:

 

1. Bakı şəhəri məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında “100 sual-100 cavab intellekt yarışı”  2014-cü il may ayının sonuncu ongünlüyündə keçirilsin.

2. Yarışın əsasnaməsi, təşkilat komitəsinin tərkibi təsdiq edilsin (1 və 2 nömrəli əlavələr).

3. Məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri yarışın keçirilməsi ilə bağlı zəruri hazırlıq işlərini həyata keçirsinlər və müvafiq sənədlərin şəhər təşkilat komitəsinə vaxtında təhvil verilməsini təmin etsinlər.

4. Məktəbdənkənar təhsil sektoru (Afiq Əzizov) müsabiqənin yekun mərhələsinin yüksək səviyyədə keçirilməsini təmin etsin.

5. Yarışın xərclər smetasında nəzərdə tutulan vəsaitin mövcud qaydaya uyğun ödənilməsi Maliyyə və mühasibatlıq sektorunun müdir əvəzi  Elmira Mehdiyevaya tapşırılsın. 

6. İctimaiyyətlə  əlaqələr sektoru  (Arzu Tairquliyeva) və Ümumi sektor  (Sevinc Rəsulova)  əmrin  əlavələrlə  birlikdə  İdarənin  internet  saytında  yerləşdirilməsini  və  yerlərə korporativ emaillərlə göndərilməsini  təmin etsinlər.

7. Əmrin  icrasına  nəzarət  Bakı  Şəhəri  üzrə Təhsil İdarəsinin  müdir müavini Məmmədəli Kəsəmənliyə həvalə edilsin.

 

Əsas:  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Fəaliyyət Planı.

       

  Nailə Rzaquliyeva

Bakı Şəhəri üzrə

Təhsil İdarəsinin müdiri

23.05.2014 -cü il