Məktəblilərin 47 - ci Beynəlxalq Kimya Olimpiadasının şəhər seçim turunun təşkili və keçirilməsi barədəBakı Şəhəri üzrə Təhsil İdarəsinin müdirinin əmri

Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Məktəblilərin 47-ci Beynəlxalq Kimya Olimpiadasında çıxış edəcək milli komandaya namizədlərin seçilməsi Qaydaları”nın təsdiq olunması barədə 15 dekabr 2014-cü il tarixli, 1261 nömrəli əmrini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1. “Məktəblilərin 47-ci Beynəlxalq Kimya Olimpiadasında çıxış edəcək milli komandaya namizədlərin seçilməsi Qaydaları” icra və rəhbərlik üçün qəbul edilsin (əlavə olunur).

2. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil müəssisələrinin direktorları bu “Qaydalar”dan irəli gələn zəruri tədbirləri həyata keçirsinlər.

3. Məktəblilərin 47-ci Beynəlxalq Kimya Olimpiadasının birinci — şəhər seçim turu 18 yanvar 2015-ci il tarixdə saat 10.00-da (3 saat vaxt verilməklə) 258 nömrəli məktəbdə keçirilsin.

4. Məktəblilərin 47-ci Beynəlxalq Kimya Olimpiadasında çıxış edəcək milli komandaya namizədlərin seçilməsinın birinci seçim turunun yüksək səviyyədə təşkili və keçirilməsini təmin etmək məqsədilə aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:

1. C.Bayramov                 - Nazir müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir səlahiyyətlərini müvəqqəti icra edən, Təşkilat   Komitəsinin sədri

2. Hüseyn Əsgərov            - BŞTİ-nin müdir müavini

3. Məmmədəli Kəsəmənli  - BŞTİ-nin müdir müavini

4. Tural Mirzəliyev              - Ümumi təhsil sektorunun məsləhətçisi

5. Nazir  Əliyev                   - Metodik Mərkəzin baş metodisti.

6. İnformasiya təminatı sektoru (D.Əhədova) əmrin (Təhsil Nazirliyinin müvafiq əmri ilə birlikdə) ümumtəhsil müəssisələrinə çatdırılmasını və İdarənin saytında yerləşdirilməsini təmin etsin.

7. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.

 

 

        Ceyhun Bayramov

Nazir müavini,

         Bakı Şəhəri üzrə Təhsil İdarəsinin

                       müdir səlahiyyətlərini müvəqqəti icra edən

30.12.2014 -cü il