Fəaliyyət planının təsdiq edilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdirinin əmri

Təhsil müəssisələrində tərbiyə işinin tənzimlənməsində mövcud problemlərin aradan qaldırılması, ailə, məktəb və məktəbdənkənar müəssisələr arasında əlaqələrin genişləndirilməsi, uşaq, yeniyetmə və gənclərin bilik, bacarıq və qabiliyyətlərinin, yaradıcılıq potensialının müəyyənləşdirilərək daha da inkişaf etdirilməsi, asudə vaxtlarının səmərəli təşkili, habelə müxtəlif sərgi, müsabiqə, aksiya və festivallarda, idman və bilik yarışlarında,  bayram  şənliklərində  bilavasitə iştirakının sistemli şəkildə həyata keçirilməsini təmin etmək məqsədilə 

 

 

ƏMR EDİRƏM:

 

1.Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Təhsil müəssisələrində tərbiyə işinin təkmilləşdirilməsi ilə əlaqədar 2015-ci il üçün Fəaliyyət Planı” təsdiq edilsin (əlavə olunur).

2.Bakı Şəhəri  üzrə Təhsil İdarəsinin struktur bölmələri və təhsil müəssisələrinin rəhbərləri Fəaliyyət Planının icrasını təmin etsinlər.

3.Məktəbdənkənar  təhsil sektoru (A.Əzizov) Fəaliyyət Planının icrası ilə əlaqədar  tədbirlərin yüksək səviyyədə keçirilməsini və görülmüş işlər barədə ümumiləşdirilmiş  arayışı  hər ayın sonunda rəhbərliyə təqdim etsin.

4.Ümumi sektor (S.Rəsulova) əmrin və Fəaliyyət Planının çoxaldılıb  yerlərə  çatdırılmasını təmin etsin.

5. İctimaiyyətlə əlaqə sektoru (A.Tairquliyeva) Fəaliyyət Planının icrası ilə əlaqədar keçirilən tədbirlərin kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmasını və  İdarənin internet  saytında yerləşdirilməsini  təmin etsin. 

6.Əmrin icrasına nəzarət müdir müavini M. Kəsəmənliyə həvalə edilsin.

Əsas:  Müdir müavini M.Kəsəmənli və Məktəbdənkənar  təhsil sektorunun  müdiri  

            A.Əzizovun birgə təqdimatı.

 

Təhsil müəssisələrində tərbiyə işinin təkmilləşdirilməsi ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2015-ci il üçün Fəaliyyət Planı

 

     

 

 

                                                                                                         Ceyhun Bayramov

Nazir müavini,

         Bakı Şəhəri üzrə Təhsil İdarəsinin

                       müdir səlahiyyətlərini müvəqqəti icra edən

12.02.2015-ci il