Azərbaycan Respublikası təhsil nazirinin “Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar təhsil müəssisələrində keçiriləcək tədbirlər haqqında” Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdirinin əmri

Əmrin icrası barədə

 

Azərbaycan Respublikası təhsil nazirinin “Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar təhsil müəssisələrində keçiriləcək tədbirlər haqqında” 20 fevral 2015-ci il tarixli 203 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə

 

ƏMR EDİRƏM:

 

1. Azərbaycan   xalqının   Ümummilli   lideri   Heydər   Əliyevin   anadan

olmasının 92-ci ildönümünün təhsil müəssisələrində qeyd olunması ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Fəaliyyət planı təsdiq edilsin (əlavə olunur).

2.Bakı    Şəhəri    üzrə    Təhsil    İdarəsinin    müvafiq    struktur bölmələri, 

ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri Fəaliyyət planında nəzərdə tutulan tədbirlərin vaxtında və yüksək səviyyədə yerinə yetirilməsini təmin etsinlər.

3.Ümumi  sektor  (S.Rəsulova)  əmrin  əlavəsi  ilə  birlikdə  çoxaldılaraq

yerlərə çatdırılmasını, İctimaiyyətlə əlaqələr sektoru (A.Tairquliyeva) Bakı Şəhəri üzrə Təhsil İdarəsinin internet saytında yerləşdirilməsini təmin etsinlər.

4.Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.

 

Əsas: Azərbaycan Respublikası təhsil nazirinin 20 fevral 2015-ci il tarixli 203 nömrəli əmri

 

 

 

       

     

 

 

                                                                                                         Ceyhun Bayramov

Nazir müavini,

         Bakı Şəhəri üzrə Təhsil İdarəsinin

                       müdir səlahiyyətlərini müvəqqəti icra edən