“İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsinin icrası barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

ƏMR EDİRƏM:

 

1. BMT-nın Uşaq Fondu (UNİCEF) tərəfindən maliyyələşdirilən “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsinin icrası ilə bağlı Təhsil Nazirliyinin Fəaliyyət Planı təsdiq edilsin (əlavə olunur).

2. Nizami rayonu 220 nömrəli məktəb-lisey və Xətai rayonu 138 nömrəli orta məktəb layihə üzrə pilot müəssisə təyin edilsinlər.

3. Pilot müəssisələrdə loqopedik xidmət yaradılsın.

4. Layihənin Fəaliyyət Planının icrası və koordinasiyası De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinə (M. Hacıyeva) tapşırılsın.

5. İnformasiya şöbəsi (E. Əliyev) bu əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.

6. Əmrin icrasına nəzarət İnformasiya şöbəsinə (E.Əliyev) həvalə olunsun.

 

Əsas: C.Bayramovun 2015-ci il 09 fevral tarixli 863 nömrəli xidməti məlumatı, BMT-nın Uşaq Fondunun (UNİCEF) Təhsil Nazirliyinə ünvanladığı 2015-ci il 04 mart tarixli 1034GOV1501KM nömrəli məktubu. 

 

Mikayıl CABBAROV,

Azərbaycan Respublikasının təhsil naziri 

  18 mart 2015-ci il  

№311


 

 

Əlavə:

 

“İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi”  layihəsinin həyata keçirilməsi üzrə  Fəaliyyət Planı