“Sülh naminə birləşək!” mövzusunda rəsm müsabiqəsinin keçirilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdirinin əmri

Azərbaycan Respublikası təhsil nazirinin YUNESKO - nun 70 illik yubileyi münasibətilə 21 sentyabr – Beynəlxalq Sülh Gününə həsr olunmuş “Sülh naminə birləşək!” mövzusunda respublika rəsm müsabiqəsinin keçirilməsi barədə 07.08.2015-ci il tarixli 861 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə

 

ƏMR EDİRƏM:

 

1.Azərbaycan Respublikası təhsil nazirinin YUNESKO - nun 70 illik yubileyi münasibətilə 21 sentyabr - Beynalxalq Sülh Gününə həsr olunmuş “Sülh naminə birləşək!” mövzusunda respublika rəsm müsabiqəsinin keçirilməsi barədə 07.08.2015-ci il tarixli 861 nomrəli əmri icra üçün qəbul olunsun.

2.Müsabiqənin Baki şəhər mərhələsinin keçirilməsi ilə əlaqədar təşkilat komitəsinin tarkibi təsdiq edilsin (əlavə olunur).

3.Təhsil müəssisələrinin rəhbərləri təqdim olunan əsasnaməyə uyğun olaraq müsabiqənin yerlərdə təşkili ilə əlaqədar lazımi işlər görsünlər.

4.Məktəbdənkənar fəaliyyətin taşkili sektoru (A.Əzizov), Ümumtəhsil sektoru (A.Yusifov) müsabiqənin yüksək səviyyədə keçirilməsini təmin etsin.

5.İctimaiyyətlə əlaqələr sektoru (A.Tairquliyeva) müsabiqə barəda sənədlərin İdarənin internet saytında yerləşdirilməsini təmin etsin.

6.Ümumi sektor (S.Rəsulova) əmrin əlavələrlə  birlikdə çoxaldılıb yerlərə çatdırılmasını təmin etsin.

7.Əmrin icrasına nəzarət müdir müavini M. Kəsəmənliyə həvalə edilsin.

 

Əsas: Azərbaycan Respublikası təhsil nazirinin 07.08.2015-ci il tarixli 861 nömrəli əmri.

 

Nazir müavini, Bakı Şəhəri üzrə
Təhsil İdarəsinin müdir səlahiyyətlərini
müvəqqəti icra edən Ceyhun Bayramov

 


 

 

BMT-nin “Sülh naminə əməkdaşliq – hər kəsin şərəf borcudur” şüarı altında” YUNESKO-nun yaranmasının 70 illik yubileyi münasibətilə 21 sentyabr Beynəlxalq Sülh Gününə həsr olunmuş “Sülh naminə birləşək!" mövzusunda rcspublika rasm müsabiqəsinin

 

ƏSASNAMƏSİ

I. Müsabiqənin məqsədi

Müsabiqənin keçirilməsində məqsəd BMT və YUNESKO tərəfindən hər il qcyd olunan 21 sentyabr Beynəlxalq Sülh Gününə uşaq va gənclərin diqqətini cəlb etmək, onlarda qeyri-zorakılıq, sülh mədəniyyəti vətənpərvərlik, adət-ənənələrə hörmət ruhu. aşılamaq, habela bədii-estetik səviyyələrini yüksəltmək, xüsüsi istedada malik olan uşaqları üzə çixarmaq və onların qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək verməkdir.

II. Müsabiqənin şərtləri və keçirilmə qaydası

1.Müsabiqənin əsas təşkilatçıları Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azarbaycan Rcspublikasının  Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnsan hüquqları, demokratiya və sülh problemləri üzrə YUNESKO mərkəzidir.

2.Müsabiqə  “Sülh naminə əməkdaşlıq – hər kəsin  borcudur” şüarı altında” və “Sülh namina birləşək'’ mövzusunda keçirilir.

3.Müsabiqədə ümumtəhsil va internat məktəblərinin şagirdləri, məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri iştirak edirlər.

4.Müsabiqə üç yaş qrupu üzrə: 6-9, 10-14 və 15-18 yaşlı uşaq va gənclər arasında keçirilir.

5.Müsabiqəyə təqdim olunmuş işlərin qiymətləndirilməsi məqsədilə müsabiqənin təşkilat komitəsi tərəfindən təsdiq olunmuş, tanınmış mütəxəssislərdən ibarət münsiflər heyəti yaradılır.

6.Rəsmlər ideya müxtəlifliyi, kreativlik və texniki meyarlar üzrə qiymətləndiriləcəkdir.

7.Müsabiqə 2 mərhələdə keçirilir: 1-ci mərhələ: məktəbdaxili va rayon (şahar) mərhələsidir. Həmin mərhələdə I yerin qalibi olmuş işlər 2-ci mərhələyə təqdim ediləcəkdir. 2-ci mərhələ: Respublika mərhələsidir. Respublika mərhələsində hər yaş qrupu üzrə 9 qalib iş seçiləcəkdir.

8.Hər iştirakçı müsabiqəyə yalnız 1 iş təqdim edə bilər.

9.Rəsmlərin işlənmə texnikası sərbəstdir.

9.Rəsmlər müsabiqəyə ilk dəfə təqdim olunmalıdır.

10.Rəsmlərçərçivələnmiş, A3 va ya A4 formatında olmalıdır. Rəsmin arxa tərəfində yuxarı sol küncündə müəllifin adı, soyadı və atasının adı, əlaqə nömrəsi, şəhər və ya rayon, oxuduğu təhsil müəssisəsi va уa məşğul olduğu məktəbdənkənar təhsil müəssisəsinin adı etiketdə çap edilərək yapışdırılmalıdır.

11.Əsərlər müsabiqəyə birbaşa va ya poçt vasitəsi ilə 20 oktyabr 2015-ci il tarixədək Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının insan huquqları, demokratiya və sülh problemləri üzrə YUNESKO Mərkəzinə taqdim olunmalıdır. Ünvan: Baki şəhəri, Lermontov küçəsi, 36,Əlaqə telefonları: (012) 492-63-61. (070) 408-00-92; unescochairaz@gmail.com, www.facebook.com/unescochairaz

III. Müsabiqəyə yekun vurulması

1.Müsabiqənin münsiflər heyəti tərəfindən hər yaş qrupu üzrə 9 qalib seçiləcəkdir.

2.Müsabiqənin yekununda qaliblərin. eyni zamanda seçilmiş ən yaxşi işlərin kataloqu nəşr ediləcəkdir.

3.Müsabiqə qaliblərinin işlərindən ibarət yekun sərgi və mükafatlandırma mərasimi cari ilin noyabr ayında Bakı şəhərində keçiriləcəkdir.

4.Rayon (şəhər) tahsil şöbələri qaliblərin mükafatlandırma mərasimində iştirakını təmin edir və onları müşayiət edəcək nümayəndənin ezamiyyə xarclərini ödəyir.

IV. Qaliblərin mükafatlandirılması

Müsabiqə qalibləri Təhsi1 Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının insan hüquqları, demokratiya və sülh problemləri üzrə YUNESKO Mərkəzinin diplomu, sertifikatı və qiymətli hədiyyələri ilə mükafatlandırılırlar.

Diplomlar I, II vo III yerlər tutmuş qaliblərə, sertifikatlar isə əsərləri kataloqa daxil edilmiş namizədlərə təqdim olunacaqdır.