Əmrin icrası barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri

“Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında” Elm və Təhsil Nazirliyinin Tədbirlər Planının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 05.08.2022-ci il tarixli F-474 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə “Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında” Əsasnamənin 15.6-cı bəndini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1. “Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planı” təsdiq edilsin (əlavə olunur).

2. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinin rəhbərləri Tədbirlər Planının icrasını təmin etsinlər və 10 dekabr 2022-ci il tarixinədək görülmüş işlər barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyinə məlumat versinlər.

3. İnkişaf layihələri sektoru (Günay Qurbanova) və Ümumi təhsil sektoru (Fuad Babayev) bu əmrdən irəli gələn məsələləri həll etsinlər.

4. Ümumi sektor (Sevinc Rəsulova) əmrin əlavəsi ilə birlikdə surətinin göndərilmə siyahısına uyğun olaraq çatdırılmasını təmin etsin.

5. İctimaiyyətlə əlaqələr sektoru (Bəşarət Məmmədov) əmrin və Tədbirlər Planının İdarənin rəsmi internet saytında  yerləşdirilməsini və keçirilən tədbirlərin  kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmasını  təmin etsin.

6. Əmrin icrasına nəzarət müdir müavini Hüseyn Əsgərova  həvalə edilsin.

 

Əsas: “Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında” Elm və Təhsil Nazirliyinin Tədbirlər Planının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 05.08.2022-ci il tarixli F-474 nömrəli əmri

 

 

Mehriban Vəliyeva,

Bakı Şəhəri  üzrə Təhsil İdarəsinin müdiri

10 oktyabr 2022-ci il

                                                                                        № F-316


 

Tədbirlər planı