“Hüquqlarımızı tanıyaq və qoruyaq!” inşa yazı müsabiqəsinin keçirilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdirinin əmri

Məktəblilər arasında hüquqi biliklərin artırılması, onların öz hüquqlarını tanıması, bu istiqamətdə istedadlı şagirdlərin aşkara çıxarılması məqsədi ilə 

 

ƏMR EDİRƏM:

 

1.Bakı  şəhərinin ümumtəhsil məktəblərinin  VIII-XI  sinif şagirdləri arasında 2015-ci ilin   noyabr ayında  “Hüquqlarımızı tanıyaq və qoruyaq!” mövzusunda inşa yazı müsabiqəsi keçirilsin.

2.Müsabiqənin əsasnaməsi, təşkilat komitəsinin tərkibi təsdiq edilsin (əlavə olunur).

3.Məktəbdənkənar fəaliyyətin təşkili sektoru (A.Əzizov) müsabiqənin yüksək səviyyədə keçirilməsini  təmin etsin.

4.Təhsil müəssisələrinin rəhbərləri təqdim olunan Əsasnaməyə uyğun olaraq    müsabiqənin yerlərdə təşkili ilə əlaqədar lazımi işlər görsünlər.

5.Müsabiqə qaliblərinin mükafatlandırılması ilə əlaqədar lazımi tədbirlərin görülməsi  müdir müavini N.Səfərovaya tapşırılsın.

6.Ümumi sektor (S.Rəsulova) əmrin  əlavələrlə birlikdə çoxaldılıb yerlərə  çatdırılmasını təmin etsin.

7.İctimaiyyətlə əlaqə sektoru (A.Tairquliyeva) əmrin icrası ilə əlaqədar keçirilən tədbirlərin kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmasını və İdarənin internet  saytında yerləşdirilməsini  təmin etsin. 

8.Əmrin icrasına nəzarət Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini M.Kəsəmənliyə həvalə olunsun.

         

Əsas:Təhsil müəssisələrində tərbiyə işinin təkmilləşdirilməsi ilə əlaqədar  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2015-ci il üçün Fəaliyyət Planı.                                           

                                 

 

 Nazir müavini, Bakı Şəhəri üzrə
Təhsil İdarəsinin müdir səlahiyyətlərini
müvəqqəti icra edən Ceyhun Bayramov

 


 

Bakı şəhər ümumtəhsil məktəblərinin şagirdləri arasında

20 noyabr - “Ümumdünya Uşaq Hüquqları günü”nə

həsr olunmuş “Hüquqlarımızı tanıyaq və qoruyaq!”

mövzusunda inşa yazı müsabiqəsinin

 

ƏSASNAMƏSİ

 

I. Müsabiqənin məqsədi

 

Məktəblilər arasında hüquqi biliklərin artırılması, onların öz hüquqlarını tanıması, bu istiqamətdə istedadlı şagirdlərin aşkara çıxarılması məqsədi ilə inşa yazı müsabiqəsi təşkil olunur.

 

II. Müsabiqənin təşkili və keçirilmə qaydaları

 

İnşa yazı müsabiqəsi Azərbaycan və rus dillərində 2 yaş (VIII - IX, X - XI sinif) qrupu üzrə iki mərhələdə keçirilir:

I mərhələ (məktəbdaxili) – 1- 5  noyabr  2015-ci il tarixlərində təhsil müəssisələrində

II mərhələ  (şəhər) – 15- 20 noyabr 2015-ci il tarixlərində 258 nömrəli tam orta məktəbdə

İnşa yazıdakı sözlərin sayı birinci yaş qrupunda 200-dən, ikinci yaş qrupunda  250- dən çox olmamalıdır.

 

III. Qaliblərin müəyyənləşdirilməsi

 

İnşa yazılar 5 balla qiymətləndirilir.

Birinci mərhələdə  – məktəbdaxili yarışmada qalib gələn uşaqların inşa yazıları – hər yaş qrupu üzrə yalnız 1 iş növbəti mərhələdə iştirak etmək üçün hüquq qazanır və şəhər Təşkilat komitəsinə təqdim edilir.

İkinci mərhələdə yaş qrupları nəzərə alnaraq  I, II və III yerləri tutan iştirakçılar qalib sayılır.

 

IV. Qaliblərin mükafatlandırılması

 

Qaliblər Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən diplom və  hədiyyələrlə mükafatlandırılır.

 

V. SİFARİŞ forması

 

Qalib inşa yazıların müəllifləri haqqında məlumat 10 noyabr  2015-ci il tarixinədək Bakı Şəhəri üzrə Təhsıl İdarəsinin Məktəbdənkənar fəaliyyətin təşkili sektorunun  elektron ünvanına mk@bakuedu.gov.az göndərilir.

 

 

Hüquqlarımızı bilək və qoruyaq!” mövzusunda keçirilən inşa yazı müsabiqəsinin şəhər mərhələsinin

Təşkilat komitəsinə

 

Məktəbin nömrəsi

İştirakçıların adı, soyadı və atasının adı

 Sinif ( yaşı)

Ünvan və əlaqə telefonu

  1

 

 

 

 

 

 2